Məhkəmə qərarları › İş №3(050)-2438/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2438/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2438/2025 16.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 11-ci tağımından daxil olmuş inzibati xəta haqqında materiala audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 noyabr 2025ci il tarixdə, saat 15:07 radələrində “X1 112” CDİ minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Ələt-Astara avtomobil yolunun 143 km-də yerləşən stasionar postda nəzarət qaydasında saxlanıldıqda avtomobili narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 30 noyabr 2025-ci il tarixdə “X1” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonuna gedərkən Masallı postunda yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt onun narkotik vasitə istifadə etməsində şübhə yarandığı üçün həkim müayinəsindən keçirilmiş və onun avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. O, narkotik vasitə marixuanadan toy və digər şənliklərdə istifadə edir. Narkotik vasitə marixuanadan saxlanıldığı gündən üç gün əvvəl istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 30 noyabr 2025-ci il tarixli, 002072 saylı protokoldan görünür ki, Şəxs narkotik vasitə qəbulundan yaranmış sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 30 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 150-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar