Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-244/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Bakı şəhəri, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, ev 8A, mənzil 4-də qeydiyyatda olmaqla faktiki olaraq Masallı rayonun Qəzvinoba kəndində yaşayan, Masallı Rayon Məhkəməsinin 3(050)-102/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmiş, həbsin müddəti bitmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 sentyabr 2022-ci il tarixdə Masallı rayonu, Qəzvinoba kəndində Zərərçəkmiş şəxs sol boyun nahiyəsinə əli ilə vuraraq ona xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun ögəy əmisinin qızıdır. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir.Həmin protokolu qanunsuz və sassız hesab edir.Bekə ki, 8 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və bir neçə şəxslə aralarında mübahisə olmuşdur.Səbəb isə istifadə etdiyi torpaq sahəsindən çıxması ilə bağlı olmuşdur. Lakin mübahisə zamanı Zərərçəkmiş şəxs vurmamışdır. Ona hər hansı bir xəsarət yetirməmişdir. Əksinə mübahisə zamanı Zərərçəkmiş şəxs ona daş ataraq xəsarət yetirmişdir və bununla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılaraq məhkəməyə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Zərərçəkmiş şəxs törətmiş olduğu əməlinə görə cəza verilmişdir. Həmçinin hadisə zamanı söyülərək təhqir olunmuşdur. Xədicə Əliyeva və digər şəxslər tərəfindən ona şər və böhtan atılır, çünki onlar dəfələrlə onun barəsində DİN-nin 102 xidmətinə zəng vurmuşlar və heç biri öz nəticəsini tapmamışdır. Rədifənin anası Əliyeva Xədicənin şikayətinə görə ona 24 yanvar 2023-cü il tarixdə 15 gün həbs verilmişdir, bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 5 ildir ki, Şəxs onu və anasını narahat edir. Səbəb isə Şəxs onun anasına məxsus həyatyanı torpaq sahəsinin onun olmasını iddia etməsi olmuşdur. Bu müddət ərzində Şəxs dəfələrlə anasını, bacısını və onu vuraraq onlara xəsarətlər yetirmişdir. 8 sentyabr 2022-ci il tarixdə də o, həyətyanı sahəsində olduğu zaman Şəxs ona hücum çəkərək onu nalayiq ifadələrlə söyərək təhqir etmiş və kərpiclə onun boyun və təpiklə onun ayağından vurmuşdur. Odur ki, Şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan 20 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan qeyd edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 750 nömrəli rəyiə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs boyunun sol yan hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törəmə müddəti qərarda qeyd olunan 08 sentyabr 2022-ci il tarixə uyğun gəlir və saxğamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 20 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTBnə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Mirxas Təhməzov tərəfindən 08 fevral 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 3(050)-102/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 1(050)-10/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində anası X1 məxsus Masallı rayonu, Qəzvinoba kəndində yerləşən fərdi yaşayış evinin həyətində qohumu Şəxs ilə torpaq sahəsindən istifadə ilə əlaqədar şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şəxs sol əlinə daş parçası ilə bir dəfə qəsdən vurmaqla Şəxs sol əlin İ-İİ barmaqlararası nahiyyənin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, Masallı Rayon Məhkəməsinin 3(050)-102/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsini və həmin inzibati tənbehin Şəxs islah olunmasında müəyyən qədər təsirini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-244/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-244/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver