Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-247/2025 31.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakları ilə, 06 avqust 1975-ci ildə Masallı rayonu, Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədinə əsasən 14 mart 2024-cü il tarixdən başlayaraq 30 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməli, 14 mart 2024-cü il tarixdən başlayaraq 20 may 2001-ci il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 50 (əlli) manat pul tutularaq X1 ödənilməlidir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(106)- 286/2025 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1200 manat məbləğində pul alınaraq, X1 ödənilməlidir. Yuxarıda qeyd edilmiş icra vərəqələrin icrası təmin olunmaması əsası ilə icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X7 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədinə 14 mart 2024-cü il tarixdən başlayaraq 30 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməli, 14 mart 2024-cü il tarixdən başlayaraq 20 may 2001-ci il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 50 (əlli) manat pul tutularaq X1 ödənilməlidir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(106)-286/2025 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1200 manat məbləğində pul alınaraq, X1 ödənilməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədi üzrə borclu üzərinə düşən öhdəliyi üzrsüz səbəbdən icra etmədiyi üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində 8 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra sənədi üzrə icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə borcluya təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədindən məlumatlıdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra sənədi üzrə isə icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. İcra sənədləri üzrə yaranmış borcunu ödəməməsinə səbəb maddi imkansızlıqla əlaqədardır. Heç bir yerdə işləmir. Maddi durumu olduqca pisdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-1694/2024 saylı qərarından görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1311/2024 saylı icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həb olunmuşdur. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsinin nəticəsi izah edilmiş, həmin bildiriş və icraata başlamaq haqqında qərar xx.xx.2025-ci il tarixdə Şəxs rəsmi qaydada verilmişdir. - İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 31 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-1311/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra vərəqəllərinin icrasını tam təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi haqqında bildiriş borclu tərəfindən xx.xx.2025-ci il tarixə rəsmi qaydada alınmışdır. Borcluya icra sənədinin könüllü icrası haqqında 10 gün vaxt verilsə də həmin müddət başa çatmamış barəsində icra sənədini üzürsüz yerinə yetirməməsi əsası ilə inzibati qaydada protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsin əəsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini gözləmədən borclu barəsində protokol tərtib etməklə qanunvericiliyin tələbini pozmuşdur.Belə olan halda Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-286/2025 saylı icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiqinə əsas yoxdur. Bundan başqa Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1311/2025 saylı icra sənədi üzrə barəsində xx.xx.2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarı ilə Şəxs barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Qanunvericliyin tələbinə əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə onun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh görülməlidir.Göründüyü kimi Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədi üzrə borclu Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1311/2024 saylı icra sənədi üzrə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta hadisəsi olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-247/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-247/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver