Məhkəmə qərarları › İş №3(050)-2471/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2471/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2471/2025 10.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Məmmədxanlı kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 29, mənzil 2də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 10 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Nəzərov X2 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədi Masallı Rayon İcra və prbasiya şöbəsinin icraatına xx.xx.2014-cü daxil olmuş, xx.xx.2014-cü il tarixdə icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. Borclu Şəxs tələbin könüllü icra barədə təmin etməsi barədə rəsmi bildiriş göndərilmiş, icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu Elşən heç bir üzürlü səbəb olmadan icra sənədinin icrasını təmin etməmiş, bu səbəbdən 2014-cü ildə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci (yeni İXM-nin 528.1-ci maddəsi) maddəsi ilə 10 müddətində inzibati qaydada həbs edilmişdir. Borcluya dəfələrlə rəsmi bildiriş göndərilməklə icra sənədinin icrası ilə bağlı Masallı rayon İcra və probasiya şöbəsinə dəvət edilsə də, o icra çağırışlarından yayınmaqla icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış, xx.xx.2019-cu il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Borclu isə icra sənədinin icrasından yayınmağa davam etmişdir. Hazırda icra sənədi üzrə borclunun 4422 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək alimentin tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmiş, bu gün tutularaq icra və probasiya şöbəsinə gətirildikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədindən məlumatlıdır. Buna baxmayaraq, icra sənədi üzrə aliment borcundan müəyən qədər ödənişlər etmişdir. Tələbkar Zərərçəkmiş şəxs ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmuş, hazırda ikinci nikahdan himayəsində üç azyaşlı uşağı vardır. Əvvəllər işləyib aliment borcundan müəyyən ödənişlər etmiş, sonundu dəfə 2025-ci ilin dekabr ayının əvvəlində tələbkara ödəniş etmişdir. Hazırda isə səhhətində olan problemlərlə əlaqədar hərəkətində məhdudiyət yarandığından işləməyə çətinlik çəkir. Buna baxmayaraq, icra sənədinin icrasından yayınmaq niyyəti yoxdur. Hazırda icra sənədi üzrə ödənilməmiş 4422 manat aliment borcu yaranmışdır. Hazırda maddi imkanı olmadığından, himayəsində olan azyaşlı uşaqlarını saxlamaqda çətinlik çəkdiyindən aliment borcunu tam şəkildə ödəmək iqtidarında deyildir. Lakin, ona vaxt verilərsə, işləməklə aliment məbləğini hissə-hissə ödəyəcəyinə söz verir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Sucədin qızı izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədi üzrə Şəxs ona 4422 manat aliment borcu vardır. Lakin, Şəxs müxtəlif bəhanələrlə aliment borcunu ödəməkdən yayınır. Mağazada satıcı işləsə də, lakin himayəsində olan yetkinlik yaşına çatmayan uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Əlavə heç bir yerdən gəliri yoxdur. Aliment borcunun hissə-hissə ödənilməsinə razı deyildir. Borclu borcunu tam şəkildə ödəməyəcəyi halda, onun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2013-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat və uşaq 3 yaşa çatana kimi idiaçının məsrəflərini qarşılamaq üçün 50 mant sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. xx.xx.2014-cü il tarixli icraata başalamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədi xx.xx.2014cü il tarixdə Masallı rayon İcra şöbəsinin icraatında daxil olmuş, xx.xx.2014-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borclu Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(050)-639/2014 saylı qərarından görünür ki, Nəzərov X2 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 313- 1.1-ci (hazırda İXM-nin 528.1-ci maddəsi) maddəsi ilə barəsində 10 gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Masallı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(050)-268/2016 saylı qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borlcu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borcluun axtarılması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs icra çağırışlarından yayındığına görə barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə sübutların qiymətləndirilməsi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-567/2014 saylı icra sənədinin icrasını tam təmin etməmişdir. Bununla da, Şəxs uzun müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrnin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmişdir. Bu isə borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şəxsə hansı tənbeh növünün təyin edilməsi məsələsinə qiymət verərək göstərir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs hazırda evli olmaqla, himayəsində 3 azyaşlı uşağı vardır. İcra sənədi 2014-cü il tarixdə verilmiş, həmin vaxtdan yalnız bir dəfə elə 2014-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilmiş, daha sonra isə uzun müddətdən sonra hazırki inzibati protokol tərtib edilmişdir. Bu onu göstərir ki, Şəxs icra sənədi üzrə borcunu əvvəllər müəyyən dərəcədə ödəmiş, son dövrlərdə isə maddi sıxıntıları olduğundan aliment borcunu ödəyə bilməmişdir. Məhkəmə bütün qeyd edilənləri, həmçinin onun yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, icra sənədi üzrə yaranmış aliment borcunun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar