Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2482/2025 26.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Qızılağac Milli Parkının ərazisində müvafiq icazə olmadan qadağan olunmuş müddətdə ov qaydalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qızılağac Milli Parkının ərazisində müvafiq icazə olmadan qadağan olunmuş müddətdə ov qaydalarını kobud şəkildə pozduğundan Qızılağac Milli Parkının sahə müfəttişi X1 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 272-1ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Şəxs protokolun qeyd hissəsində “bir ədəd qaşqaldaq ovlamışam” qeydi aparmaqla, protokolun surəti xx.xx.2025-ci il tarixdə ona təqdim olunmuş və o, protokolu imzalamışdır. Şəxs Qızılağac Milli Parkının direktoruna imzası ilə təsdiq edərək yazdığı xx.xx.2025ci il tarixli izahatında göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Qızılağac Milli Parkının ərazisində ov etdiyi zaman Milli parkın əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman üzərindən istifadə etdiyi “Atarmus” 15/ D08829 nömrəli 12 çaplı, baş atılan ov tüfəngi və 1ədəd qaşqaldaq, 5 ədəd aldadıcı quş maketi, 3 ədəd patron götürülmüşdür. İzahat sözləri ilə düzgün yazılmış, ona oxunbmuş, imzası ilə təsdiq edir. Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 1464 №-li şəhadətnamənin surətindən görünür ki, Ağazadə Şəxs xx.xx.2019-cu il tarixdə “Ata-arms” markalı, 12 kalibrli 15/D08829 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsinə icazə verilmişdir. xx.xx.2025-ci il tarixli AA№ 00267 saylı aktdıan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisində növbəti reyd zamanı Şəxs həmin ərazidə qanunsuz ov edərkən Qızılağac Milli Parkının əməkdaşları tərəfindən saxlanılmış, araşdrıma zamanı vətəndaşın izahatı alınmış, bir ədəd “Atarmus” 15/D08829 nömrəli 12 çaplı, baş atılan ov tüfəngi, bir ədəd qaşqaldaq, beş ədəd patron, beş ədəd aldadıcı quş maketi alınaraq təhvil götürülmüşdür. Beləliklə Şəxs “Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 840 saylı Qanununun, eləcə də “Ovçuluq haqqında” Azərbaycan Respublikasının xx.xx.2029-cu il tarixli 539 saylı Fərmanı ilə təsdiq edilmiş Qızılağac Milli Parkı haqında Əsasnamənin tələblərini kobud şəkildə pozmaqla iznabati xəta törətməsi faktı əsasında akt tətrtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 272-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov qaydalarını kobud şəkildə pozması tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qızılağac Milli Parkının ərazisində müvafiq icazə olmadan qadağan olunmuş müddətdə ov qaydalarını kobud şəkildə pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. 272-1-ci maddəsinə əsasən Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs barəsində İXM-nin 272-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası həddində ondan götürülmüş bir ədəd 12 kalibrli, “Ata-arms” markalı, 15/D08829 nömrəli ov tüfəngi, bir ədəd qaşqaldaq, beş ədəd aldadıcı quş maketi, 5 ədəd patron müsadirə edilməklə cərimə edilməsini məqsədə müvafiq heab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130 və 156cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş bir ədəd 12 kalibrli, “Ata-arms” markalı, 15/D08829 nömrəli ov tüfəngi, bir ədəd qaşqaldaq, beş ədəd aldadıcı quş maketi, beş ədəd patron müsadirə edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(050)-2482/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2482/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver