Məhkəmə qərarları › İş №3(050)-2498/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2498/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2498/2025 29.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 11 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Şəxs MMC-yə (VÖEN: **********) məxsus “İlk Addım” uşaq bağçasında müvafiq lisenziya və icazə olmadan uşaq bağçasının fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********5045 saylı qərardan görünür ki, Şəxs MMC-yə məxsus Masallı şəhəri, H.Əliyev pr-ti ünvanında yerləşən obyektdə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi məsələləri üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2025-ci il tarixli, KY252470720 nömrəli çıxarışın surətindən görünür ki, Şəxs MMCdə plandankənar (növbədənkənar) operativ vergi nəzarəti xx.xx.2025-ci il tarixdə başlanır, xx.xx.2025-ci il tarixdə bitir. xx.xx.2025-ci il tarixli DVX № 001076 saylı “Lisenziya tələb olunan fəaliyyət növləri belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında Akt”dan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Şəxs MMC-də operativ vergi nəzarətini həyata keçirərkən, "xxxx" MMC tərəfindən lisenziya tələb olunduğu halda belə lisenziya olmadan uşaq bağçasında 3 yaşdan 6 yaşadək uşaqların təlim və tərbiyə işləri (məktəbə qədər təhsil) həyata keçirildiyi aşkar olunmuş, fəaliyyət göstərdiyi dövrdə 1500 manat xalis mənfəət əldə etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(050)-2075/2025 saylı qərarından görünür ki, Şəxs MMC tərəfindən dövlət büdcəsinə ödəniş edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Lisenziyalar və İcazələr Haqqında Azərbaycan Respublikasının Qanunun 18.1-ci maddəsinə əsasən ərizəçi lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. 18.2-ci maddəsinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə edilir (lisenziya və icazə verən orqanın özü həmin sənədlər barədə məlumatları bu Qanunun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə): 18.2.1-ci maddəsinə əsasən ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 18.2.2-ci maddəsinə əsasən ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 18.2.3-ci maddəsinə əsasən ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 18.2.4-ci maddəsinə əsasən ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa); 18.2.5-ci maddəsinə əsasən lisenziya və icazə şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər. 18.3-cü maddəsinə əsasən Bu Qanunun 18.2-ci maddəsində göstərilən sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 18.4-ci maddəsinə əsasən Xüsusi lisenziyaya malik olan ərizəçi lisenziya tələb olunan həmin fəaliyyət növünün digər bir və ya bir neçə alt növünü həyata keçirmək üçün lisenziyanın alınması ilə bağlı lisenziya verən orqana ərizə təqdim etdikdə, həmin ərizəyə yalnız bu Qanunun 18.2.4-cü və 18.2.5-ci maddələrində göstərilən sənədlər əlavə olunur. 18.5-ci maddəsinə əsasən Qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. 18.6-ci maddəsinə əsasən Ərizə lisenziya və icazə verən orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüququ şəxs Şəxs MMCnin eyni inzibati xətanı törətdiyinə görə sonuncu dəfə barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı məhkəmənin qərarı qüvvəyə mindikdən sonra bir il ərzində yenidən təkrar törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin qeyd edilən inzibati xətanı il ərzində təkrar törətdiyini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş 1500 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 3000 (üç min) manat cərimə edilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş 1500 manat ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında, yəni 3000 (üç min) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar