Məhkəmə qərarları › İş №3(050)-2504/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2504/2025

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2504/2025 19.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Masallı rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş 16 dekabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Masallı rayonu, Qızılağac kəndində qadağan olunmuş yerdə və qadağan olunmuş vaxtda balıq ovlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Poli Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X9 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində Masallı rayonu, Təzəkənd kəndində Masallı RPŞ-nin tağım komandiri polis leytenantı Azər Musazadə Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində ovlanmış balıqlar aşkar etmişdir. Bununla bağlı Masallı Rayon Polis Şöbəsində dəvət edilmiş və barəsində araşdırılma aparılmışdır. Araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, balıq ovu etməmişdir. İlk öncə qeyd edir ki, polis şöbəsində alınan izahatında balıq ovunun Qızılağac Milli Parkında olması yazılmış, lakin balıq ovu Qızılağac dairəsinin yaxınlığında olmuşdur. X2 balıq tutmaq üçün nəzərdə tutulmuş 01 ədəd qayıq, 01 ədəd balıqçı çubuğu və balıqları daşıması üçün ona zəng etmişdir. O, da həmin əşyaları Ağalar Əliyevlə birlikdə maşına qoyub gətirən zaman polis əməkdaşları tərəfindən Masallı rayonu, Təzəkənd kəndində saxlanılmışdır. Polis şöbəsində verdiyi etirafedici ifadə ilə razı deyil. Həmin ifadəni verməyə polis əməkdaşları tərəfindən təhrik edilmişdir. Onun izahatı gecə saat 04 radələrində alınmışdır. Polis əməkdaşları ona “nə deyiriksə elədə ifadəni yaz” bildirmişlər. Onu ov edən zaman tutulmamışlar. O, ovçu deyil, balıq tutmaq üçün xüsusi icazə sənədi olmamışdır. Cərimə olunmağını istəmir. Himayəsində 3 nəfər azyaşlı uşağı var, həmçinin 1-ci qrup əlil olan anasına baxır. Göstərilənləri nəzərə alaraq barəsində ov hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Təqdim etmə və götürmə haqqında 05 dekabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri tədbir zamanı Şəxs idarə etdiyi “Ford Transit” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə iki hal şahidin, o cümlədən Şəxs və X10 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində 30 ədəd karp balığı və 17 ədəd durna balığı, 1 ədəd qayıq və 1 ədəd balıqçı çubuğu (qarğı) aşkar olunmuşdur. Baxış zamanı Ağalar Əliyev həmin balıqları Qızılağac Milli Parkında özünün ovladığını Şəxs isə bu zaman qayıq idarə etdiyini, lakin sonradan balıqları aralarında böləcəklərini bildirmişdir. Şəxs də Ağalar Əliyevin dediklərini təsdiq etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən “Ford Transit” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilidən aşkar olunmuş 1 ədəd qayıq və 1 ədəd balıqçı çubuğu (qarğı) iş üçün əhəmiyyət kəsb etdiyindən Masallı rayon Polis şöbəsi əməkdaşları tərəfindən götürülmüşdür, həmçinin 47 ədəd balıqlar baxış keçirilərək rəy verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X7 Regional Bölməsinə təqdim olunmuşdur. ● Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X6 X22 Regional Bölməsinin 05 dekabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli 146 saylı qərarına əsasən 1 ədəd “karp” növlü balığın qanunsuz ovlanmasına görə təbiətə vurulmuş ziyanın məbləği 22,00 manat və 1 ədəd “durna balığı” növlü balığın qanunsuz ovlanmasına görə təbiətə vurulmuş ziyanın məbləği 11,00 manat təşkil etdiyindən: Karp: 30 ədəd x 22,00 manat = 660,00 mananat; Durna balığı: 17 ədəd x 11,00 manat =187,00 manat, Ziyan məbləğinin cəmi: 660,0 + 187,0 = 847,00 manat qeyd olunmuşdur. Beləliklə 30 ədəd “karp” və 17 ədəd “durna balığı” növlü balıqların qanunsuz ovlanmasına görə təbiətə vurulmuş ziyanın ümumi məbləği 847,00 manat təşkil edir. ● xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X11 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Aşkar olunaraq götürülmüş 01 ədəd qayıq və 01 ədəd balıqçı çubuğu saxlanılmasından ötrü Masallı RPŞ-nin aidiyyatı xidmətinə verilmiş, aşkar olunaraq götürülmüş 47 ədəd balıqlar tez xarab olan məhsullar olduğu üçün məhv edilməsi nəzərə alınması qərara alınmışdır. ● TB-nin təhqiqatçısı Vasif Ağazadə tərəfindən alınmış, Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində o, X2 ilə birlikdə Masallı rayonu ərazisində yerləşən Qızılağac milli parkına balıq tutmaq üçün getmişlər. Onlar orada olan kanala balıq tutmaq üçün qayıq vasitəsilə getmişlər. Ağalar Əliyev orada yerləşən kanaldan el arasında qarğı kimi adlanan alət vasitəsilə balıq tutmuşdur. O, isə həmin vaxt qayığı idarə etmişdir. Ağalar Əliyev təxminən 20-30 ədəd karp və şuk cinsinə məxsus olan balıqlardan tutmuşdur. Həmin balıqları idarə etdiyi “Ford Tranzit” markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. Daha sonra avtomobilə minərək Masallı rayonu, Təzəkənd kəndinə doğru hərəkət etməyə başlamışlar. Təzəkənd kənd ərazisində Masallı RPŞ-nin 2 nəfər polis əməkdaşı onlara yaxınlaşmışlar. Onlar özlərini təqdim etmişlər və avtomobildə nə olmasını soruşmuşlar. Onlar avtomobildə balıq olmasını demişlər. Polis əməkdaşları onların qanunsuz balıq ovladıqlarını bildirərək Masallı RPŞ-yə dəvət etmişlər və barələrində raport yazılmışdır. X21 ilə həmin əraziyə getməkdə məqsədi balıq tutmaq olmuşdur. Onlar həmin balıqları özləri yemək üçün istifadə edəcəkdilər. Həmin balıqların yarısı Ağalar Əliyevə, digər yarısı ona çatacaqdı. O, həmin yerdə konkret olaraq balıq ovlamamışdır. X17 ovlamış, o, isə qayıq idarə etmişdir. ● TB-nin təhqiqatçısı Vasif Ağazadə tərəfindən alınmış, X11 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində o, həmkəndlisi Şəxs ilə birlikdə Masallı rayonu ərazisində yerləşən Qızılağac milli parkına balıq tutmaq üçün getmişlər. Onlar orada olan kanala balıq tutmaq üçün qayıq vasitəsilə getmişlər. O, orada yerləşən kanaldan el arasında qarğı kimi adlanan alət vasitəsilə balıq tutmuşdur. Şəxs isə həmin vaxt qayığı idarə etmişdir. O, təxminən 20-30 ədəd karp və şuk cinsinə məxsus olan balıqlardan tutmuşdur. Həmin balıqları Şəxs idarə etdiyi “Ford Tranzit” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşlar. Daha sonra avtomobilə minərək Masallı rayonu, Təzəkənd kəndinə doğru hərəkət etməyə başlamışlar. Təzəkənd kənd ərazisində Masallı RPŞ-nin 2 nəfər polis əməkdaşı onlara yaxınlaşdılar. Onlar özlərini təqdim etdilər və avtomobildə nə olmasını soruşdular. Onlar avtomobildə balıq olmasını demişlər. Polis əməkdaşları onların qanunsuz balıq ovladığını bildirərək onları Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları onları dəvət etsələr də o, hazırda axşam olduğu üçün polis şöbəsinə getmək istəməmiş və günün gündüz vaxt özü yaxınlaşacağını bildirmişdir. O, Şəxs ilə həmin əraziyə getməkdə məqsədi balıq tutmaq olmuşdur. Onlar həmin balıqları özləri yemək üçün istifadə edəcəkdirlər. Həmin balıqların yarısı Şəxs, digər yarısı ona çatacaqdı. O, həmin yerdə balıqların hamısını özü ovlamışdır. Şəxs isə qayığı idarə etmişdir. ● Elektron çıxarışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2020-ci ildə X4 və xx.xx.2025-ci il təvəllüdlü X3 atası Şəxsdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri məhkəmə iclasında alınmış izahatlar, işə əlavə edilmiş inzibati xəta haqqında protokol, təqdim etmə və götürmə haqqında protokol, cinayət işinin rədd edilməsi haqqında qərar, polis şöbəsində verilmiş izahatlar və işə əlavə edilmiş digər sənədlərlə, tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsində nəzərdə tutulmuş ov qaydalarının kobud şəkildə pozması tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə xüsusi icazə sənədi olmadan qadağan olunmuş yerdə və qadağan olunmuş vaxtda balıq ovlamaqla ov qaydalarını pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs himayəsində 3 nəfər azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür Şəxs ov etmək hüququ olmadığından məhkəmə ona ov hüququnun məhdudlaşdırılması növündə cəza təyin edilməsini mümkünsüz hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən balıq əti tez xarab olan malların siyahısına daxil olduğundan 30 ədəd “karp” və 17 ədəd “durna balığı” növlü balıqların məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməməklə, 1000 (bir min manat) məbləğində cərimə edilsin. İş üzrə maddi sübut 30 ədəd “karp” və 17 ədəd “durna balığı” növlü balıqların məhv edilməsi nəzərə alınsın. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis şöbəsinə və Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar