Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2507/2025 23.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1978-ci il tarixdə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən 12 noyabr 2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Elşad Məmmədov tərəfindən 28 noyabr 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X9 tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs 12 noyabr 2025-ci il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 20 radələrində anası Mədinə Babayevaya məxsus olan fərdi yaşayış evində olduğu vaxt qardaşı Masallı rayonu Stansiya Təklə kənd sakini Şəxs bıçaqla onu onu öldürmək hədəsi ilə hədələyərək, yumruq ilə sifət və sağ qol nahiyəsinə vuraraq onu döyməsini göstərmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 12 noyabr 2025-ci il tarixdə yaşadığı Masallı rayonu, Təklə kəndi ərazisində yerləşən fərdi yaşayış evində olduğu zaman qardaşı Həsən 10-12 nəfər şəxslər birlikdə evə gələrək onu və ailə üzvlərini döyməyə başlamışlar. Həmin vaxt evdə ondan başqa anası X5, arvadı X7, üç övladı, qardaşı Həsənin qızı Mailə olmuşdur. Anası xəstə olduğu üçün həmçinin qonşuları və qardaşının qudası Rasim Cəlilabaddan anasına baş çəkmək üçün gəlmişlər. Baş vermiş mübahisə zamanı Mailə atası Həsənə cırmaq atmış və Həsəndə həmin cızıq xəsarətləri yaranmışdır. O, qardaşı Zərərçəkmiş şəxs bıçaqla hədələməmiş, yumruqla vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 12 noyabr 2025-ci il tarixdə bacısı Aminə ona zəng edərək anası X1 pisləşdiyini bildirmişdir. X14 yaşadığı evə buraxmadığı üçün o, qardaşı Əmanət, bacısı Aidə və Aminə ilə birlikdə anaları Mədinənin yaşadığı evə getmişdir. Anaları Mədinəni görmədən getməyəcəklərini bildirdikləri üçün Sehran bıçaqla Aminənin üzərinə gəlmiş və onu vuraraq öldürəcəyi ilə hədələmişdir. O, bıçağı Sehranın əlindən adıqdan sonra Sehran yumruqla onu vurmaq istəmişdir, lakin o, özünü müdafiə etmək üçün onun yaxasından tutmuşdur. Bu vaxt orada olan qonuşlar, bacı və qardaşı onları ayırmışlar. Ona görə də, Sehran yumruqla onu vura bilməmişdir. Lakin mübahisə zamanı, sifətinin sol tərəfində, sol və sağ əlinin üstündə cızıq, sol əlində iki barmağının arasında isə kəsik əmələ gəlmişdir. Qardaşı Sehran onu yumruqla vurmasa da, ola bilsin ki, cızıqlar dırnağının dəyməsi nəticəsində əmələ gəlmişdir. Hal-hazırda barışmamışlar və qardaşı Şəxs həbs olunmasını istəyir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 13 noyabr 2025-ci il tarixli 977 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs sağ əlin arxa hissəsinin və sol yanaq nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 12 noyabr 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onların əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Masallı rayon Polis şöbəsinə göndərilmişdir. - Zərərçəkmiş şəxs Masallı rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o, izahatında qardaşı Şəxs yumruq ilə onun sağ və sol əl nahiyyəsindən vurduğunu bildirmişdir. - X6 Masallı rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o, izahatında qardaşı Sehranın yumruq ilə Həsənin sağ və sol əl nahiyyəsindən vurduğunu bildirmişdir. - X3 Masallı rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o, izahatında qardaşı Sehranın yumruq ilə Həsənin əl nahiyyəsindən vurduğunu bildirmişdir. - X8 Masallı rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o, izahatında qardaşı Sehranın yumruq ilə Həsənin sağ və sol əl nahiyyəsindən vurduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında göstərilən qaydada üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs, şahidlər X6, X3 və X8 Masallı rayon Polis şöbəsində verdiyi izahatlarında Şəxs yumruq ilə Zərərçəkmiş şəxs sağ və sol əl nahiyyəsindən vurduğunu bildirməsi ilə bağlı dəlillərinə tənqidi yanaşır və izahatları həmin hissədə həqiqəti əks etdirmədiyindən sübut kimi qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında Sehranın yumruqla onu vurmaq istəyərkən özünü müdafiə etmək üçün onun yaxasından tutduğunu, Sehranın onu yumruqla vurmadığını bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə yönələn hərəkətlər olmalıdır. Lakin zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatı ilə Şəxs ona qarşı qeyd olunan hərəkətləri törətməsi təkzib olunur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən və onun təqsirli olması məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2507/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2507/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver