Məhkəmə qərarları › İş №3(050)-2508/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2508/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2508/2025 23.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Liman şəhəri, Qumbaşı kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o xx.xx.2025-ci il tarixdə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 23 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, BDYPİ-nin 11-ci tağımının YPX-in inpektoru polis baş serjantı Şahid xidmətdə olan zaman xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Ələt-Astara magistral yolunun 142-ci kilometrliyində yolun kənarında bir nəfər şəxsin küçə ticarəti ilə məşğul olduğunu və avtomobillərin hərəkətinin təhlükəsizliyinə maneyə yaratdığını görüb xidməti avtomobillə həmin şəxsə yaxınlaşmışdır. O, avtomobildən düşərək özünü təqdim etmiş sonra həmin şəxsə qanunsuz küçə ticarəti ilə məşğul olmağın inzibati məsuliyyət yaratdığını bildirmişdir. X1 “bezmişəm sizin əlinizdən, imkan verin yaşayaqda” kimi sözlər işlədərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Baş serjantı Şahid həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsədə, Şəxs etdiyi əməlləri yenidən davam etdirərək uca səslə söyüş söyməyə davam etmişdir. Şəxs hüquqazidd hərəkətlərə yol verdiyi üçün polis şöbəsinə gətirilərək barəsində müvafiq sənədləşdirilmə işləri aparılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Ələt-Astara magistral yolunun 142-ci kilometrliyində yolun kənarında xırda ticarətlə məşğul olmaqla ailəsini dolandırır.xx.xx.2025-ci il tarixdə evdən ona zəng gələrək ev üçün kartof soğan alması tapşırılmışdır.Pulu olmadığı üçün əsəbləşmişdir. Bu zaman polis əməkdaşı ona yol kənarında qanunsuz küçə ticarəti ilə məşğul olmasında dair iradlar bildirmişdir.O, da həmin zaman yol polisinə “imkan verin alverimizi edək” ifadəsini işlətmişdir. O, polis əməkdaşına qarşı hörmətsizlik etdiyini etiraf edir. Aralarında anlaşılmazlıq olmuşdur. Əməlindən peşmandır. Polis əməkdaşı onu maşına əyləş dedikdə o, baş üstə deyərək əyləşmişdir. Evə yeganə qazang gətirən şəxsdir. Anası və atası xəstədir. Sonda Şəxs məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin 11-ci tağımının YPX-in inpektoru Şahid izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, xidmətdə olan zaman bir-iki sürücü ona yaxınlaşaraq Şəxs yol qırağında küçə ticarəti ilə məşğul olduğunu magistral yolda nəqliyyatın hərəkətinə problem yaratdığını bildirmişlər.O, bunun üçündə Şəxs yaxınlaşaraq yolda hərəkət edən maşınlara maneə yaratdığı üçün əşyalarını yol kənarında götürməsini tələb etmişdir. Bundan sonra Şəxs hay-küy salaraq “imkan vermirsiz 5 manat pulumu qazanaq və digər xoşagəlməz ifadələr işlətməklə cəmiyyətin diqqətini üzərinə çəkmişdir. Hüquqazidd hərəkətlərə yol verdiyi üçün barəsində müvafiq sənədləşdirilmə işləri aparılmasından ötrü Masallı Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bu zaman Şəxs özü maşına əyləşmişdir. Narazlıq etsədə maşına əyləşmişdir. Polisə qarşı ciddi müqavimət göstəməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirlən Şahid Şəxs cəmiyyətə qarşı açıq şəkildə hörmətsizlik etdiyini bildirsədə polis əməkdaşına tabesizlik göstərmədiyini maşına özü əyləşdiyini bildirmişdir. Məhkəmə belə vəziyyətdə Şəxs əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir.Eləcədə təqdim edilən inzibati materailda Şəxs polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərməsi barədə hər hansı tutarlı sübut yoxdur. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs Ələt-Astara magistral yolunun 142-ci kilometrliyində yolun kənarında ətrafdakı insanların eşidəcəyi tərzdə uca səslə ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında polis əməkdaşına qarşı hörmətsizlik etdiyini etiraf etmiş, həmin vaxt polis əməkdaşı da qeyd edilən hadisənin şahidi olduğunu məhkəmədə izahat verərkən bildirmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halı yoxdur. Beləliklə məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini, Şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədəuyğun və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın cəriməyə dair hissəsinin icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar