Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2519/2025 25.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2025-ci il tarixdə saat 02:00 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “Toyota Prius (Hibrid)” minik markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı il ərzində təkrar olaraq sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən sürücünün nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 07 dekabr 2025-ci il tarixdə saat 02:00 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “Toyota Prius (Hibrid)” minik markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, sürücü özünü şübhəli apardığından tibbi mayinəyə təqdim edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən sürücünün nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Yoxlama zamanı baza məlumatlarına əsasən sürücücn eyni inzibati xətanı il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Şəxs əvvəllər də nəqliyyat vasitəsini narkotik vasitəsnin təsiri altında idarə etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 07 dekabr 2025-ci il tarixdə saat 02:00 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “Toyota Prius (Hibrid)” minik markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılmış, eyni zamanda onu həkim müayinəsinə təqdim etmişlər. Həkim müayinəsinə təqdim edildikdən sonra avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Təxminən 25 gündür ki, müalicə aldığından və əvvəllər narkotik vasitə qəbul etdiyindən qanından təmizlənməmişdir. Hazırda müalicə aldığını YPX əməkdaşlarına bildirmişdir. Əməlindən peşmandır, bir də belə hallara yol verməyəcəkdir. Müayinə protokolunun nəticəsi ilə razılaşaraq imzası ilə təsdiq etmişdir. O, əvvəllər də eyni inzibati xətanı törətdiyinə görə inzibati qaydada cərimə edilmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu, bir daha narkotik vasitənin təsiri altında avtomaşın idarə etməyəcəyini, şəhid qardaşı olmaqla ailədə yeganə qazanc gətirən şəsx olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə 600 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2025-ci il tarixdə saat 02:00 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “Toyota Prius (Hibrid)” minik markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı il ərzində təkrar olaraq sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən sürücünün nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, 002125 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi protokolundan aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə THC (+) kannabinoid pozitiv aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Şəxs tibbi protokolunda aktında “yoxlanışla tanış oldum rəy ilə razıyam.” qeydləri apararaq imzası ilə təsdiq etmişdir. Masallı RPŞ-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, DİN-nin BDYP-nin MİS-dən alınan məlumata əsasən Məmmədov Tacıddin əfrail oğlunun xx.xx.2025-ci il tarixdən xx.xx.2032-ci il tarixədək BD 038278 saylı sürücülük vəsiqəsi mövcuddur, olmasına baxmayaraq təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi onun etirafedici və protokolu tərtib etmiş orqanın nümayənsənin izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə tibbi müayinə protokolu, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxsun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 43-48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsinə dair hissədə Azərbaycan Respublikası DİN-nin BDYP-yə, inzibati cəriməyə dair hissədə icrası isə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2519/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2519/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver