Məhkəmə qərarları › İş №3(050)-2522/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2522/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2522/2025 29.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Hişkədərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-280/2023 saylı icra sənədinə əsasən 09 avqust 2011-ci il təvəllüdlü X4 və 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablamaqla hər ay, hər uşağa görə 220 manat ümumilikdə 440 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ümumlikdə 1554 manat məbləğində aliment borcunu ödəməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X8 məhkəmə iclasında bildirdi ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-280/2023 saylı icra sənədinə əsasən 09 avqust 2011-ci il təvəllüdlü X4 və 13 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablamaqla hər ay, hər uşağa görə 220 manat ümumilikdə 440 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməlidir. İcra sənədi 12 avqust 2025-ci il tarixdə icra və probasiya şöbəsinə daxil olmuş, borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmişdir. Borcluya hər ay icra sənədi üzrə 440 manat aliment pulunun ödəməsi təklif edilmiş, o müxtəlif bəhanələr gətirərək borcu vaxtı-vaxtında ödəməkdən yayınmışdır. Bu günədək aliment borcundan cəmi 600 manat pul ödənilmişdir. Hal-hazırda icra sənədi üzrə 1554 manat borc yaranmışdır. İş üzrə zərərçəkmiş şəxs onlardan şikayətçidir. Onun aliment məsələsinə baxılmadığını düşündüyü üçün şikayətlər edir. Borclu barəsində axtarış verilmiş, o bu gün icra və probasiya şöbəsinə gəlmişdir. Tərəfindən dindirilən zaman borclu aliment borcundan ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-280/2023 saylı icra sənədindən məlumatlıdır. Tələbkarı heç vaxt incitməmişdir. Qadın ona uşaqları göstərmir. Tələbkarın ona etdiyi hörmətsizlik nəticəsində travma keçirmişdir. Lakin buna baxmayaraq ailəsi ilə barışıb uşaqları ilə birgə yaşamaq istəyir. Aliment borcunu tam ödəməyə gücü çatmır. Özünün də tələbatları vardır. Hazırda 1554 manat borcu vardır. Rəsmi olaraq heç yerdə işləmir. Qazancı çox olarsa alimenti də çox ödəyəcəkdir. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməməsini istəyir, cərimə pulunu ödəyə bilməyəcəkdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 13 avqust 2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-280/2023 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. ● Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 13 avqust 2025-ci il tarixli bildirişindən görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-280/2023 saylı icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. ● Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 03 dekabr 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. ● Borclu Şəxs izahatından görünür ki, o, icra sənədinin icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. ● Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yügülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək tam icra edilməməsi, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədlərini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmə həmçinin hesab edir ki, icra predmeti pul olan iş üzrə şəxsə yenidən ödəniş öhdəliyi ilə bağlı inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi həmin şəxsin vəziyyətini ağırlaşdıraraq həm icra sənədinin gələcək icrasına çətinlik yaradır, həm də qəbul ediləcək məhkəmə qərarının icra edilmə ehtimalını aradan qaldırır. Odur ki, məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə borc miqdarından tam ödənişlərin edilməməsi, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 29 dekabr 2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Əliyev X3 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar