Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-256/2023 09.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3, Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Lerik rayonu, Tikəband kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lerik rayonu, Tikəband kəndində qeydiyyatda olan, Masallı rayonu, Təzəa Alvadı kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" Asc-nin inzibati binasının qarşısında olarkən Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış zamanı üzərində şəxsi istifadəsi üçün 0,046 qram narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış zamanı Lerik rayon Tikəband kəndində qeydiyyatda olmaqla Masallı rayon Təzə Alvadı kəndində yaşayan Şəxs şəxsi istehlak miqdarından artıq olmayan 0,046 qram narkotik vasitə aşkar edilərək götürülməsi faktına görə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Göstərilən səbəblərdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, narkotik maddə istifadəçisidir. xx.xx.2023-ci il tarixdə Masallı rayonu Kaapital bankın yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması səbəbindən onu Masallı RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə Masallı RPŞ-yə gəldiyini, polis şöbəsində təhqiqatçının otağında çəkiliş vasitəsilə və vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Videoçəkiliş zamanı üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus deyildir, əməliyyatçılar tərəfindən cibinə qoyulmuşdur. Hansı ki, çəkiliş zamanı üzərindən aşkar edilmişdir. Narkotik vasitə istifadəçisi olsa da, lakin polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən üzərində heç bir narkotik vasitə olmamışdır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir; Məhkəmə Ekpsertiza Mərkəzinin Lənkəran regional Bölməsindən alınmış xx.xx.2023cü il tarixli 19/168 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd zərfdə heroinə bənzər maddə ....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,046 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,046 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 0,026 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 53 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş, Şəxs izahatında əməlindən peşman olduğunu bildirmişdir; İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2023-cü il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iş materiallarında olan Şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, narkotik vasitənin Şəxs əynində qırmızı rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülünü təqdim etməsi, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə 10 manata aldığnı deməsi müəyyən edildi. Şəxs əməli, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,026 qram tiryəkdən kusta üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il Qərarının 3.2-ci bəndində əlilliyi olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə tətbiq edilmədiyi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15 dəqiqədə tutulmuş; tutulmadan azad edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:10-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını; məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək eab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs şübhəli şəxs kimi 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs şübhəli şəxs kimi 07 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılsın və X2 üzərində qəti olaraq 24 (iyirmi dörd) gün müddətə inzibati qaydada həbs saxlanılsın. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 08 fevral 2023-cü il tarixdən saat 17:50-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,026 qram tiryəkdən kusta üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-256/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-256/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver