Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-259/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Səfərova (Süleymanova) Günay Hüseyn qızının, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1990-cı ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xəlfələr kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Səfərov X8 rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(050)-33/2023 nömrəli və 01 iyun 2020-ci il tarixli 2(050)-380/2023 icra sənədi üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-380/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən- xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Səfərova (Süleymanova) Günay Hüseyn qızına ödənilməlidir. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ərizəçi (eyni zamanda cavabdeh) X2 uşaqları- X9 və X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olma hüququ təmin edilməlidir. Məhkəmə qətnaməsi ilə uşaqlar Səfərova (Süleymanova) Günay Hüseyn qızına verilsədə daha sonra o, uşaqlarını gətirib Bakı şəhərində ona təhvil vermişdir. Hazırda uşaqlar onun himayəsindədir. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-380/2020 nömrəli, xx.xx.2020-ci icra sənələri üzrə bu günə qədər aliment borcu 1830 manat təşkil edir. Hal-hazırda himayəsində olan uşaqından biri xəstədir və onun müalicə xərclərini qarşılayır. Özü fəhlə işləyir və əvvəldən aliment borcunu ödəməyə maddi imkanı çatmır. Uşarlarını Masallı Rayon İcra və Probasiya Şöbəsinə hər həftə gətirməyə imkanı yoxdur. Lakin bu gün uşaqların xx.xx.2024-cü il tarixdə anaları ilə görüşdürəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-380/2020 nömrəli, 01,06.2020-ci il tarixli icra sənədinə əsasən- xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Səfərova (Süleymanova) Günay Hüseyn qızına ödənilməlidir. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ərizəçi (eyni zamanda cavabdeh) X2 uşaqları- X9 və X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olma hüququ təmin edilməlidir. İcra sənədinin icra edilməməsi üçün üzürlü səbəbi yoxdur. Borclu Şəxs üzürlü səbəb olmadan icra sənədi üzrə yaramış 1830 manat məbləğində borcundan ödəniş etməmişdir.Bundan başqa borclu qərəzli şəkildə tələbkar Səfərova (Süleymanova) Günay Hüseyn qızının övladsları ilə ünsiyyət qurmalarına şərait yaratmır. Belə ki, icra sənədi icraatına daxil olduqdan sonra bir sıra icra hərəkətləri aparılmış, borclu Şəxs barəsində əmlak vəziyyətinin yoxlanılması və gəlirlərinin olub olmaması barədə aidiyyatı orqanlara sorğular göndərilmişdir. Bundan başqa Şəxs yaşadığı ünvana icra şöbəsi tərəfindən dəfələrlə bildiriş göndərilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin Şəxs borcundan ödəniş etməmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-380/2020 nömrəli, 01,06.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Səfərova (Süleymanova) Günay Hüseyn qızına ödənilməlidir.Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ərizəçi (eyni zamanda cavabdeh) X2 uşaqları- X9 və X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olma hüququ təmin edilməlidir. Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)-33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ərizəçi (eyni zamanda cavabdeh) X2 uşaqları- X9 və X6 ilə hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək ünsiyyətdə olma hüququ təmin edilməlidir.Hazırda Şəxs icra sənədi üzrə 1830 manat borcu yaranmışdır.Həmçinin uşaqları ilədə ünsiyyətdə ola bilmir. Lakin borclu bu gün onunla uşaqların görüşmələrini təmin etməsinə söz verir. Odur ki, hazırkı işlə bağlı qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə borclunu, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-380/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs məhkəmə qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün 160 manat Səfərova (Süleymanova) Günay Hüseyn qızı ödənilməsi qət edilmişdir. Lakin uşaqlar uzun müddətdir ki, atalarının himayəsindədirlər. Onların təlim tərbiyəsi və qidalanması ilə ataları məşğul olur. Belə vəziyyətdə məhkəmə hesab edir ki, borclu məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmamış, yaranmış aliment borcunun ödənilməməsi maddi imkansızlıqla ələqədardır. Bundan başqa borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Məhkəmə ünsiyyətlə bağlı Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 16(050)- 33/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə münasibətdə qeyd edir ki, borclu uşaqların anaları ilə bu gün xx.xx.2023-cü il tarixdə görüşdürülməsinə söz verir. Uşaqların anaları ilə görüşməsinə şərait yaradılmaması məhkəmə qətnaməsindən qərəzli olaraq yayınması deyil, maddi imkansızlıqla ələqədar olması müəyyən olunur. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43,53, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhməno
Məhkəmə qərarları › İş №3(050)-259/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-259/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver