Məhkəmə qərarları › İş №3(050)-260/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-260/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-260/2023 09.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, S.Vurğun küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 yanvar 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı sillə və yumruqla döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Arvadı və bir uşağı ilə birlikdə Bakı şəhərində yaşamışdır. Lakin cərrahiyyə əməliyyatı olunduğu üçün Masallı rayonu Boradigah qəsəbəsində yerləşən atası evinə qayıtmışdır. Arvadı və uşağı isə Bakı şəhərində qalmışdır. Bu səbəbdən də ailəsini Bakı şəhərindən Boradigah qəsəbəsinə gətirməkdən ötrü Bakı şəhərinə getmişdir. Lakin arvadı Fatma uşqa Bakı şəhərində oxuduğu üçün uşaqla qalacağını və Bakı şəhərində işləyəcəyini demişdir. Həmin vaxt içkili olduğu üçün arvadı Fatma ilə aralarında mübahisə yaranmışdır. Səbəb isə arvadının onun sözünü dinləməməsi olmuşur. Mübahisə zamanı o, arvadı Fatmanı döyərək ona xəsarət yetirmişdir. Bakı şəhərində aralarında baş vermiş mübahisə təxminən yanvar ayının 24-25 olmuşdur. Həmin vaxt içkili olduğu üçün tarixini tam dəqiqliklə xatırlamır. Sonradan 26 yanvar 2023-cü il tarixdə ailəsi ilə birlikdə Masallı rayonu Boradigah qəsəbəsində yaşayan atasının evinə qayıtmışdır. Həmin gündə spirtli içki qəbul etdiyindən arvadı Fatma ilə aralarında mübahisə yaranıb. Lakin həmin vaxt Fatmanı vurmaq istəsə də, vurmamışdır. Çünki həmin vaxt atası Allahverən onların arasına girərək buna mane olmuşdur. Mütəmadi olaraq spirtli içki qəbul etmir. Lakin içki qəbul etdiyi zaman özündə olmur və bu zaman arvadı Fatmanı bir neçə dəfə döymüşdür. Arvadı onun sözünü dinləmədiyi üçün onu döymüşdür və buna görə peşman deyildir. Lakin hazırda zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun əridir. Onların bir nəfər uşaqları vardır. xx.xx.2023-ci il tarixdə qaynatası Allahverən Qasımova məxsus evdə olduğu zaman əri Sakit spirtli içki qəbul edərək evə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisəyə səbəb ailə daxili münaqişələri olmuşdur. Mübahisə zamanı əri Sakit onu döyərək ona xəsarət yetirmişdir. Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edir və müxtəlif bəhanələr edərək onu döyür. Əvvəllərdə onu bir neçə dəfə döyərək ona xəsarət yetirmişdir. Həmin hadisələrdən biri 25 yanvar 2023-cü il tarixdə Bakı şəhərində olduqları zaman olmuşdur. Həmin vaxtda Sakit spirtli içki qəbu edərək evə gəlib və onu döyərək ona xəsarət yetirmişdir. Lakin bütün bunlara baxmayaraq Sakit onun övladının atası olduğu üçün Sakitin həbs olunmasına razı deyildir. Bu səbəbdən də Şəxs qarşı heş bir şikayət və tələbi yoxdur. Hazırkı işlə bağlı Sakitlə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 79 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ çiyin, sağ bazu və sağ bud nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk tük əşyanın (əşyaların) təsirindən törədilmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar