Məhkəmə qərarları › İş №3(050)-261/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-261/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-261/2023 10.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Cəlilabad rayonu, Səhrədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 17 noyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Cəlilabad-Masallı avtomobil yolunun Masallı rayonu, Binə Xocavar kəndi ərazisindən keçən hisəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özünə məxsus “VAZ 21074” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı tərəfdən yolun sağ kənarından sağ hərəkət zolağına çıxıb Cəlilabad rayonu istiqamətinə manevr etmək istəyən Masallı rayonu, Kəlbəhüseynli kənd sakini X1 vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21063” minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X4 məhkəmə iclasında bildirdi ki, Şəxs 17 noyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Cəlilabad-Masallı avtomobil yolunun Masallı rayonu, Binə Xocavar kəndi ərazisindən keçən hisəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özünə məxsus “VAZ 21074” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşı tərəfdən yolun sağ kənarından sağ hərəkət zolağına çıxıb Cəlilabad rayonu istiqamətinə manevr etmək istəyən Masallı rayonu, Kəlbəhüseynli kənd sakini X1 vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21063” minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, bunla bağlı araşdırma aparılmış, lakin əməldə cinayət tərkibi olmadaığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydda tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilmiş, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayonundan meyvə-tərəvəz almaq üçün yaşadığı kənddən yola çıxmışdır. Saat 12:30 radələrində idarə etdiyi “VAZ 21074” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad-Masallı avtomobil yolunun Masallı rayonu, Binə Xocavar kəndi ərazisindən keçən hissəsində 60 km/saat sürətlə öz hərəkət zolağında hərəkətdə olduğu vaxt təxminən 15 metr uzaqlıqdan ağ rəngli “VAZ 21063” minik markalı avtomobilin yolun sağ tərəfində olan ehtiyat hissədən qəfil sürətlə yolun hərəkət hissəsinə çıxaraq üzü Cəlilabad rayonu istiqamətinə dönməyə çalışdığını görmüşdür. Həmin vaxt o, “VAZ 21063” minik markalı avtomobilin hərəkət zolağına çıxaraq Cəlilabad rayonu istiqamətində dönə bilməyəcəyini və onunla toqquşacağını dərk edib toqquşmaqdan yayınmaq üçün dərhal ayağını əyləcə qoyaraq idarə etdiyi avtomobili yolun sol hərəkət zolağına sürərək ona yol verməyə çalışmış, lakin həmin anda “VAZ 21063” minik markalı avtomobilin sürücüsü də avtomobili yolun sol hərəkət zolağına sürmüş və həmin vaxt o, toqquşmaqdan yayına bilməyib idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə adını sonradan bildiyi Fərid Paşayevin idarə etdiyi “VAZ 21063” minik markalı avtomobilin ön sol tərəfinə vuraraq onu 8-10 metr geriyə yolun sol ehtiyat hissəsinə atmış, öz idarə etdiyi avtomobil də sürüşərək yolun sol ehtiyat hissəsində dayanmış, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Sonda Şəxs əməlindən peşman olmasını, qarşı tərəfə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödəniləcəyini, qarşı tərəfin ondan şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə icasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin verilməsini xahiş etdmişdir. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Elşad Yağubov barəsində inzibati qaydada cərimə cəzasının tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən tərəflər 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar