Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-265/2023 13.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1985-ci ildə Masallı rayonu, Hişkədərə kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Hişkədərə kədində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 13 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində Masallı Rayon Polis şöbəsinin inzibati binasının qarşısında xırda xuliqanlıq edərək onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə saat 11 radələrində kürəkəninin avtomobilini Masallı RPŞ-nin DYPB-nin cərimə meydançasından çıxarmaq üçün polis şöbəsinə gəlmiş və orada Masallı RPŞ-nin DYPB-nin rəisi Asəf Mustafayevlə görüşmək üçün onun otağının qarşısında gözləmişdir. Bu zaman Tural adlı polis əməkdaşı onu şöbənin həyətində qalmamasını və oranı tərk etməsini bildrmişdir. Bu zaman aralarında mübahisə olmuş və onun polis şöbəsində işi olduğunu və oradan niyə getməli olduğunu bildirmişdir. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq onu intizama dəvət etmişlər və etdiyi əməlin inzibati xəta olduğunu bildirmişlər. O, polislərə tabesizlik göstərərək qəsdən polislərin qanuni tələbinə tabe olmamışdır. Sonradan polis əmakdaşları onu Masallı RPŞ-nin inzibati binasına gətirmiş və barəsində protokol tərtib etmişlər. Hesab edir ki, həmin vaxt özünü layiqli aparmış və əgər səhvi olmuşdursa əməlindən peşiman olmasını bildirmişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Əməlindən peşman olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Masallı Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri polis baş serjantı X5 şahid qismində ifadə verərək göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə saat 11 radələrində Masallı Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında digər əməkdalşarla birlikdə xidmətdə olarkən, RPŞ-nin giriş hissəsində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və ona etdiyi hərəkətlərin inzibati xəta olduğunu bildirərərk onu nizamintizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, ucadan qışqıraraq söyüşlər söymüşdür. Şəxs Masallı RPŞnə dəvət etdikdə isə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv hərəkətlər etməyə başlamış, onlara müqavimət göstərmişdir. Bu səbəbdən onu Masallı RPŞ-nə aparmışlar. Məhkəmə iclasında digər şahid Masallı Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis baş serjantı X1 Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri polis baş serjantı X2 verdiyi ifadə ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün qismən etirafı ilə yanaşı, şahidlər Masallı Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri polis baş serjantı X2 və Masallı Rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri polis baş serjantı X3 məhkəmə iclasında verdiyi ifadələr, inzibati xəta haqqında protokollarla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən Şəxs səmimi peşmançılığı inzibati xəta törətməsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görədə Şəxs tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tətbiq edilməlidir. Hakimiyyət nümayəndəsi dedikdə, təşkilati hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət səlahiyyəti dedikdə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Polis haqqında qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən polis əməkdaşı qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək, zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İşə əlavə olunmuş 13 fevral 2023-cü il tarixli MN ******* saylı və 13 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, 13 fevral 2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri ilə barəsində protokollar tərtib edilmişdir. İşə əlavə edilmiş şahidlərin izahatlarından görünür ki, 13 fevral 2023-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasının qarşısında Şəxs ictimai qaydanı pozmuşdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,112,114,117 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdə saat 18:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(050)-265/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-265/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver