Məhkəmə qərarları › İş №3(050)-272/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-272/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-272/2025 31.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində üç azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 31 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Masallı Rayon Ərkivan qəsəbəsinin sahə rəisi vəzifəsini icra edən polis leytenantı Səid Balabəyli və Masallı RPŞ-nin İTB-in polis sahə nəfəri polis baş serjantı Turan Abuşov birlikdə Şəxs arvadı X1 ilə aralarında yaranmış münaqişə ilə bağlı Ərkivan qəsəbəsində yaşayan Şəxs yaşadığı ünvana gedərkən, Şəxs Ərkivan qəsəbəsində mərkəzi yolun kənarında görüb ona yaxınlaşaraq özlərini təqdim edib arvadı Elnarə ilə arasında olan mübahisə ilə bağlı maraqlanan zaman vətəndaş Şəxs ictimai yerdə ucadan arvadının ünvanına nəlayiq küçə söyüşləri söyməyə başlamışdır. Polis əməkdaşları onu bir neçə dəfə nizam-intizama dəvət etmiş, lakin o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirdiyindən, RPŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq həyat yoldaşı X1 ilə aralarında yaranmış münaqişə ilə bağlı maraqlanarkən o, əsəbləşərək arvadının ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Bu zaman polis əməkdaşları ona ictimai qaydanı pozduğunu bildirib onu nizam-intizama dəvət etsələr də, o öz qanunsuz hərəkətlərini davam etdirib, ictimai qaydanı pozduğuna və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymadığına görə onu Masallı rayon polis şöbəsinə aparmışlar. Etmiş olduğu əməldən səmimi peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin YYÇ-la profilaktik işinin təşkili qrupu inspektoru X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrinə Masallı RPŞ-in İTB-in polis sahə nəfəri polis baş serjantı Turan Abışovla ilə birlikdə Masallı rayonu Ərkivan qəsəbə sakini Şəxs Səftar oğlunun həyat yoldaşı X1 ilə aralarında yaranmış münaqişə ilə bağlı Ərkivan qəsəbəsində yaşayan Şəxs yaşadığı ünvana gedərkən, Şəxs Ərkivan qəsəbəsində qəsəbənin mərkəzində yolun kənarında görüb ona yaxınlaşaraq, özlərini təqdim edib, həyat yoldaşı ilə arasında olan mübahisə ilə bağlı maraqlanan zaman vətəndaş Şəxs ictimai yerdə ucadan ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Onlar onu bir neçə dəfə nizam intizama dəvət edərək, etdiyi hüquq pozma ilə əlaqədar hüquqi izah verərək sakitləşdirməyə çalışsalar da, o qanuni tələblərinə qəsdən tabe olmayaraq 15-20 dəqiqə davamlı olaraq ucadan ünvansız söyüşlər söydüyündən onu iradəsinə zidd olaraq RPŞ-yə gətirərək etdiyi əməllərlə bağlı raportla şöbə rəisinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrinə Masallı RPŞ-in YYÇ üzrə inispektoru polis leytenantı Səid Balabəyli ilə birlikdə Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs Səftar oğlunun həyat yoldaşı X1 ilə aralarında yaranmış münaqişə ilə bağlı Ərkivan qəsəbəsində yaşayan Şəxs yaşadığı ünvana gedərkən, Şəxs Ərkivan qəsəbəsində qəsəbənin mərkəzində yolun kənarında görüb ona yaxınlaşaraq, özlərini təqdim edib həyat yoldaşı ilə arasında olan mübahisə ilə bağlı maraqlanan zaman vətəndaş Şəxs ictimai yerdə ucadan ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Onu bir neçə dəfə nizam intizama dəvət edərək, etdiyi hüquq pozma ilə əlaqədar hüquqi izah verərək, sakitləşdirməyə çalışsalar da o qanuni tələblərə qəsdən tabe olmayaraq 15-20 dəqiqə davamlı olaraq ucadan ünvansız söyüşlər söydüyündən və qanuni tələbə qəsdən tabe olmadığından onu iradəsinə zidd olaraq RPŞ-nə gətirərək etdiyi əməllərlə bağlı raportla şöbə rəisinə məruzə etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 18:55-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün səmimi etirafı, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nəlayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmiş, polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə aparılması təmin edilmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərmədiyinə görə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni inzibati xətanı il ərzində üç dəfə təkrar törətməsi əməlində məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 30 yanvar 2025-ci il tarixdən saat 18:55-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 30 yanvar 2025-ci il tarixdən saat 18:55-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Duniyev X6 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar