Məhkəmə qərarları › İş №3(050)-28/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-28/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-28/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət vermiş şəxs X3 və onun vəkili Vəkil iştirakları ilə, X6 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət verərək, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərindən xx.xx.2022-ci il tarixdə MN №1361800 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin 17 noyabr 2022-ci il tarixdə həmin protokol əsasında qərar qəbul edilmişdir. Qeyd edilən qərar haqqında məlumat əldə edildikdən sonra Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsində iş üzrə hazırlıq iclası və bir neçə baxış iclasları keçirildikdən, tərəflər dəfələrlə dindirildikdən sonra məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə xx.xx.2023-cü tarixli, 2-1(120)- 2771/2023 nömrəli qərardad qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üzürlü hesab edilərək bərpa edilməlidir. Şikayət vermiş şəxsin vəkili Vəkil məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə 2023cü ilin aprel ayında müraciət olunmuşdur. X6 avtomobil qəzası keçirmiş, səhhətində müəyyən problemlər olmuş, bununla bağlı “X2 Mərkəzi” MMC-nin eksperti Aytən Ələkbərovanın xx.xx.2022-ci il tarixli psixoloji rəyi var. Məhkəmə iclaslarında onu nümayəndə qismində həyat yoldaşı X4 təmsil etmişdir. Sonda Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Şikayət vermiş şəxsin ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür və müddəti ötürülməsinin üzürlü olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli, MN №1289167 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İş materiallarında olan poçt zərfinin üzərindəki qeydlərdən görünür ki, 17 noyabr 2022-ci il tarixli, MN №1289167 saylı inzibati tənbeh vermə haqqında qərar 2022-ci ilin noyabr ayının sonuncu ongünlüyündə (konkret gün görsənimir) X5 çatdırılmışdır. İş materiallarında olan “AZEMİS” elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü ildə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(120)-2771/2023 nömrəli qərardad ilə X3 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. X3 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti xx.xx.2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü ki, şikayət vermiş şəxs nə qanunla müəyyən edilmiş müddətdə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə - istər Şirvan İnzibati Məhkəməsinə, istərsədə Masallı Rayon Məhkəməsinə mürcaiət etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(120)-2771/2023 nömrəli qərardad ilə iddiası mümkün sayılmadıqdan sonra da qanunla müəyyən edilmiş müddətdə Masallı Rayon Məhkəməsinə müraciət etməmişdir. Şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli psixoloji rəy də müddətin bərpası üçün üzürlü sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum Qərarlarında göstərilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 fevral 2007ci il tarixli Plenumunun Qərarında göstərilir ki, “...Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57, 130, 115 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilsin. X6 tərəfindən verilmiş “buraxılmış müddətin bərpa olunmasına” dair vəsatət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar