Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-281/2023 15.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxxxx 1995-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı şəhəri, Cəfər Cabbarlı küçəsi ev 31/24-də qeydiyyatda olmaqla yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2023-cü il tarixdə Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Azərlotoreya”-nın lotoreya satışı və uduşlu lotoreyaların alışı mərkəzində satıcı işləyən Masallı şəhər sakini X1 etibarından sui-istifadə edərək 140 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir. Bundan başqa Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 yanvar 2023cü il tarixdə Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Azərlotoreya”-nın lotoreya satışı və uduşlu lotoreyaların alışı mərkəzində satıcı işləyən Masallı şəhər sakini X1 etibarından sui-istifadə edərək 100 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir. Bundan başqa Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2023cü il tarixdə Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “Azərlotoreya”-nın lotoreya satışı və uduşlu lotoreyaların alışı mərkəzində satıcı işləyən Masallı şəhər sakini X1 etibarından sui-istifadə edərək 100 manat pulunu ələ keçirərək aldadtmaqla dələduzluq etmişdir Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan dələduzluq yolu ilə özgənin əmlakını talama inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 31/24-də yaşayır. xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat və xx.xx.2023-cü il tarixdə 140 manat olmaqla pulu ələ keçirmək məqsədi ilə “Azərlotoreya”-nın lotoreyalarına saxta nömrə qoyaraq Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən “Azərlotoreya”-nın lotoreya satışı və uduşlu lotoreyaların alışı mərkəzinə verərərk pul ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, “Poz qazan” lotereyasının nömrələrini uduşlu nömrə kimi düzəldərək bu yolla pul ələ keçirmişdir. Həmçinin lotoreyaların saxta olduğunu bilərəkdən satış məntəqəsinə gedib pulu almışdır. Hazırda əməlindən səmimi peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verərək, barəsində yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 bildirmişdir ki, Masallı şəhəri, 20 Yanvar küçəsində təxminən 4 ildir ki, lotereya satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə onun yanında işləyən Yusif adlı şəxs gələrək poz qazan latereyasını göstərərək latereyanın uduşsuz olduğunu və onları aldatdıqlarını bildirmişdir. Bir qədər sonra isə “Azərlotoreya”-nın Bakı şəhərində yerləşən mərkəzindən ona zəng olunaraq onların yanvar ayının əvvəllərindən uduşlu latareya kimi təqdim etdikləri latareyaların bəzilərinin uduşsuz yəni saxta olması bildirilmişdir. Sonra dərhal özü bu barədə araşdırma aparmış və 400 manatlıq saxta uduşlu kimi təqdim edilən latareyalar aşkar etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ağır cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokollarla, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsurliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Plenum qərarına əsasən oğurluğun təkrar, yəi iki dəıfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məblğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məsuliyyəti yaranır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə qeyd edir ki, vurulmuş zərərlə bağlı zərərçəkmiş mülki qaydada məhkəmədə iddia qaldıra bilər. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,115,128,129 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 fevral 2023-cü il tarixdən saat 17:50-dən hesab edilsin. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavsitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-281/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-281/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver