Məhkəmə qərarları › İş №3(050)-281/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-281/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-281/2025 07.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Füzuli küçəsi ev 102-də qeydiyyatda olmaqla, yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2952/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs ümumi dəyəri 6437 manat olan 210 manat dəyərində 30 paçka kömür, 60 manat dəyərində 30 ədəd müşdük, 14 manat dəyərində 2 ədəd falqa, 104 manat dəyərində 2 ədəd falqa, 495 manat dəyərində 15 ədəd bador, 24 manat dəyərində 2 ədəd "Buta black", 40 manat dəyərində 5 ədəd "Brüska" tütün, 250 manat dəyərində 1 ədəd "Misir" qəlyanı, 100 manat dəyərində 50 ədəd müşdük, 180 manat dəyərində 30 ədəd "Klaud" çaşka, 900 manat dəyərində 30 ədəd "Quasar" çaşka, 60 manat dəyərində 10 ədəd bazuki, 500 manat dəyərində 2 ədəd "Joystik" qəlyan, 600 manat dəyərində 2 ədəd "Big-boss" qəlyan, 100 manat dəyərində 50 ədəd müşdük, 250 manat deyərində 1 ədəd "Misir" qəlyan, 500 manat dəyərində 2 ədəd "Big-boss" qəlyan, 600 manat dəyərində 2 ədəd "Jostik" qəlyan, 120 manat dəyərində 60 ədəd müşdük, 1000 manat dəyərində 4 ədəd "Misir" qəlyan, 300 manat dəyərində 1 ədəd "Big-boss" qəlyan, 30 manat dəyərində 15 ədəd müşdük və ya qətnamə icra olunan vaxt olmayan əşyanın dəyəri, o cümlədən və dövlət rüsumuna ödənilmiş 84.37 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 2952/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi 28 fevral 2024-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi ilə bağlı dəfələrlə Şəxs bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədini üzürsüz səbəbdən icra etməyərək, tələbkara icra sənədi üzrə olan 6400 manat borcunu ödəməmişdir. Tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun edənilməsi barədə icra sənədinin icrasın tələb etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Lakin, məhkəmə iclasında borclu qəlyanları qaytarmaq istədiyini bildirmiş, məhkəmə iclası təxirə salınmış, bundan sonra borclu xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə tələb edilən ümumi dəyəri 4000 manat təşkil edən 13 ədəd müxtəlif adlı qəlyanları borclu tərəfindən tələbkara təhvil verilmiş, həmin hissədə mübahisə aradan qalxdığına görə tərəflərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Hazırda borclunun icra sənədi üzrə 2437 manat ödənilməmiş borcu qalmışdır. Borclu hazırda borcunu aylıq 400 manat olmaqla verəcəyini bildirir. Odur ki, qeyd olunan inzibati xəta haqqında iş üzrə qərəzllik aradan qalxdığına görə inzibati xəta haqqında işin icra üzrə icraatına xitam verilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2952/2023 saylı icra sənədindən məlumatlıdır. Lakin, icra sənədinin icrasını təmin etmədiyinə görə barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. İcra sənədi üzrə üzrə tələb edilən 13 ədəd müxtəlif adda ümumi dəyəri 4000 manat təşkil edən qəlyanları tələbkara təhvil vermiş, bu barədə müvafiq akt tərtib edilmişdir. Hazırda icra sənədi üzrə ödənilməmiş qalan 2437 manat borcunu hər ay 400 manat olmaqla hissə-hissə tələbkara ödəyəcəyinə söz verir. Odur ki, qeyd olunanları nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan icra sənədindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2952/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs ümumi dəyəri 6437 manat olan əşyalar və ya qətnamə icra olunan vaxt olmayan əşyanın dəyəri, o cümlədən və dövlət rüsumuna ödənilmiş 84.37 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli aktdan görünür ki, görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2952/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədin üzrə tələb edilən 13 ədəd müxtəlif adlı qəlyan vasitələri borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs təhvil verilmiş, qeyd edilən akt icra məmuru Bəhruz İbayevin və tərəflərin iştirakı ilə tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında tərəflərin, o cümlədən icra məmurunun verdiyi izahatdan məlum olmuşdur ki, borclu Şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 6437 manat ödənilməmiş borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru tərəfindən Masallı Rayon Məhkəməsinin 2(050)-2952/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədin üzrə tələb edilən 13 ədəd müxtəlif adlı, ümumi dəyəri 4000 manat təşkil edən qəlyan vasitələrinin borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs təhvil verilməsini təsdiq edən akt təqdim edilmiş, eyni zamanda borclu məhkəmə iclasında verdiyi izahatında icra sənədi üzrə ödənilməmiş qalan 2437 manat borcunu isə hər ay 400 manat olmaqla hissə-hissə tələbkara ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclunun icra sənədi üzrə tələb edilən 6437 manat məbləğində əşyalardan müxtəlif adlı 13 ədəd qəlyan vasitələrini məhkəmə prosesi zamanı tələbkara geri qaytardığını, eyni zamanda hər ay qalan borcundan 400 manat ödəmək niyyətində olduğunu nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs icra sənədinin icra edilməməsində qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi yaranmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar