Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-284/2023 01.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1973-cü ildə Masallı rayonu Hişkədərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Hişkədərə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 01 yanvar 2023-cü il tarixdə Masallı rayonu, Hişkədərə kəndində müvafiq icra hakimiyyəti orqanın xüsusi icazəsi olmadığı halda sənədsiz, 16 kalibirli, 71876-65 nömrəli “700ATM” markalı, qoşa lüləli, yivsiz ov silahının saxlanması və daşıması qaydalarını pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu Hişkədərə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun atasından qalma köhnə ov tüfəngi vardır. 01 yanvar 2023-cü il tarixdə saat 13 radələrində evdə olarkən həmin tüfəgi çıxararaq yağlamağa başlamışdır. Bu zaman həyat yoldaşı Dildarə Əliyevaya ona yemək verməsini bildirmiş, lakin Dildarə yemək bişirməməsini bildirmişdir. Bu zaman aralarında mübahisə olmuş, Dildarə uca səslə qışqırmışdır. Onunla mübahisələri bitdikdən sonra qonşusu Rasif Şükürov onu çağırmış və səs-küy yarandığına görə ona irad bildirmişdir. O, Rasifin onunla dava-dalaş etmək istədiyini görmüş və ona həyəti tərk etməsini bildirmişdir. Daha sonra Rasif onun barəsində şikayət etmişdir. Mübahisə zamanı o, silahdan istifadə etməmişdir. Əməlindən səmimi peşiman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədə xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünü etirafı ilə yanaşı inzibai xəta haqqında protokolla, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərər alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək sənədsiz, 16 kalibirli, 71876-65 nömrəli “700ATM” markalı, qoşa lüləli, yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə, 80 (səksən) manat miqdarında cərimə edilsin. Qərarın icrası ov tüfənginin müsadirə edilməsinə dair hissədə Masallı Rayon Polis Şöbəsinə, cəriməyə dair hissədə isə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-284/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-284/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver