Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-287/2023 17.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Masallı rayonu Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Boradigah qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 49-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 yanvar 2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyüb təhqir edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı rayonun Boradigah qəsəbə sakini Zərərçəkmiş şəxs tanıyır, onunla əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun əvvəllər işlədiyi mağazaya borcunu tam ödəmədiyinə görə borcunu ödəməsi ilə bağlı Zərərçəkmiş şəxs zəng vuraraq borcunu ödəməsini tələb etmişdir. Telefonda danışdıqları zaman Zərərçəkmiş şəxs onu söyərək təhqir etmişdir. Bu zaman oda əsəbləşərək Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Lakin Zərərçəkmiş şəxs yaşadığı ünvana getməmişdir. Belə ki, qardaşı Zərərçəkmiş şəxs qardaşına məxsus həyətdə ustalıq etdiyi zaman onu işlədiyi yerə çağıraraq nəyə görə Zərərçəkmiş şəxs söyüb təhqir etdiyini soruşmuşdur. Oda qardaşına Asifin onu söydüyü üçün oda onu söydüyünü bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs orada olmuşdur. Lakin o, nə Zərərçəkmiş şəxs evinə getmişdir, nədəki qardaşının yanında Zərərçəkmiş şəxs hər hansı bir nəlayiq söz deməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs əvvəllər işlədiyi mağazaya olan borcunun bir qismini ödəmədiyinə görə Şəxs dəfələrlə ona telefon vasitəsi ilə zəng vurmuşdur. Oda hər dəfəsində borcunu ödəyəcəyini bildirmişdir. Lakin Şəxs növbəti dəfə ona borcun ödənilməsi ilə bağlı zəng vurduğu zaman onu borcunu ödəmədiyi üçün nəlayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə onun yaşadığı evinə gələn küçədə qarşısını kəsərək onu söyüb təhqir etmişdir, həmin vaxt o, Şəxs heç bir söz deməmişdir. Təhqir olunması ilə bağlı müvafiq qaydada polis şöbəsinə müraciət etmişdir. Şəxs ilə barışmamışdır. Şikayətçidir. Məhkəmədən Şəxs inzibati haqdada həbs olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özününün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Yasin Kazımov tərəfindən 17 fevral 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 fevral 2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-287/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-287/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver