Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-289/2023 17.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs icra məmuru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı rayonu, Öncəqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Öncəqala qeydiyyatda olan, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(050)-235/2015 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdən başalayaraq 18 mart 2012-ci ildə Masallı rayonu, Kalinovka kəndində doğulmuş X1 üçün uşaq yetkinlik yaşına çatana kimi hər ay 70 manat olmaqla sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. Borclu Şəxs heç bir üzrlü səbəb göstərmədən öz üzərinə düşən öhdəliyin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs X9 məhkəmə iclasında izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(050)-235/2015 nömrəli nömrəli icra nömrəli icra sənədinə əsasən Şəxs 5320 manat məbləğində ödənilməmiş borcu var. Belə ki, Şəxs uzun illər Rusiya Federasiyasında yaşadığından 2016-cı ilin oktyabr ayına kimi icra sənədi üzrə aliment borcunu atası Mürüvvət Məmmədov ödəmişdir. Lakin alimentin ödənilməsi dayandırıldığından Şəxs axtarışa verilmiş, ölkə ərazisinə daxil olan kimi saxlanılmaqla İcra və probasiya şöbəsinə gətirilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə əlaqədar verilmiş icra sənədi üzrə borcunu maddi imkanı olmadığı üçün tam şəkildə ödəyə bilməmişdir. Belə ki, Rusiya Federasiyasında bacısının evində yaşamaqla onun uşaqlarına baxmış, lakin heç bir yerdə işləməmiş, bacısı ona gündəlik xərclik vermişdir. Rusiya Federasiyasından Azərbaycana qayıdarkən hava limanında polis əməkdaşları tərəfindən saxlanılmış, Masallı Rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Hazırda borcundan 500 manat ödəmək iqtidarında olduğunu, qalan borcunu isə yaxın zamanlarda işləyib hissə-hissə ödəyəcəkdir. Sonda Şəxs göstərilənin nəzərə alınmasını xahiş etdi. Məhəkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(050)-235/2015 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdən başalayaraq 18 mart 2012-ci il təvəllüdlü uşağı X1 üçün uşaq yetkinlik yaşına çatana kimi hər ay 70 manat olmaqla sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Borclu yaranmış borcundan 500 manat hazırda ödəmişdir. Odur ki, Şəxs barəsində hər hansı inzibati tənbeh tədbirinin görülməsini məhkəmənin mülahizəsinə buraxır. Əsas odur ki, icra məmuru tərəfindən Şəxs ölkə ərazisini tərk etmək hüququ məhdulaşdırılmış, aliment borcunu ödəmək məcburiyyətindədir. Sonda O.S.Şirəliyeva göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 fevral 2023-cü il tarixli, MN seriyalı, 147468 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(050)-235/2015 nömrəli icra sənədinin icrası ilə əlaqədar yaranmış borcunu tələbkar X3 tam şəkildə ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın təqsiri inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli, 2(050)-235/2015 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə mimiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun borcundan qismən ödəniş etməsidir.; məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-289/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-289/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver