Məhkəmə qərarları › İş №3(050)-294/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-294/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-294/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 23 yanvar 2023-cü il tarixli qərardan və 15 fevral 2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “VAZ 21060” minik markalı, ** BU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Alışanlı-Masallı avtomobil yolunun Masallı rayonu, Səmidxan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan motosikletlə hərəkətdə olan Masallı rayonu, Qədirli kənd sakini X2 minik vasitəsini ötüb keçmək üçün əks hərəkət zolağına çıxmış, lakin idarəetməni itirərək avtomobilinin sağ ön hissəsi ilə Nazim Mikayılovun idarə etdityi motosikletin sol ön hissəsini ehtiyatsızlıqdan vurmuş, nəticədə motosikletin sürücüsü X5 dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid, motiskletdə olan sərnişin Masallı rayonu, Qədirli kənd sakini X6 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati xəta haqqında işə Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞnin aidiyyəti xidmət sahəsinə göndərilmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 23 yanvar 2023-cü il tarixli qərarda istinad olunmuş xx.xx.2023-cü il tarixli, 56 saylı ekspert rəyində göstərilir ki, X1 aşağı ətrafın budun aşağı 1/3 hissəsindən itirilməsinə səbəb olan sol aşağı ətrafın kəskin işemiyası, sol baldır və sol ayaq sümüklərinin çoxsaylı açıq sınıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın(əşyaların) güclü təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan vaxtda və şəraitdə, yəni 20 noyabr 2022-ci il tarixdə üçtəkərli motosikletlə minik maşınının toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çoxunun (60%) uzun müddətə daimi (dayanıqlı) itirilməsinə səbəb olan ağır zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 23 yanvar 2023-cü il tarixli qərarda istinad olunmuş xx.xx.2023-cü il tarixli, 56 saylı ekspert rəyində göstərilir ki, X4 döş qəfəsinin yumşaq toxumalarının əzilməsi müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan vaxtda və şəraitdə, yəni 20 noyabr 2022-ci il tarixdə üçtəkərli motosikletlə minik maşınının toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pzoulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 15 fevral 2023-cü tarixli, seriya İXP, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar