Məhkəmə qərarları › İş №3(050)-294/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-294/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-294/2025 14.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Bakı şəhəri DYPİ-nin Müşayiət- Eskort Bölüyünün xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, barəsində qanunsuz və əsassız olaraq tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyünün YPX-nin əməkdaşı adını bilmədiyi, döş nişanı 1433 nömrəli olan polis kapitanı barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2025 cü il tarixdə Bakı şəhəri, Afiyyədin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsində özünə məxsus olan “Mercedes Benz 818” xüsusi təyinatlı, ** DA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən həmin yolda yerləşən müvafiq svetaforun yaşıl işığı yanmış və o, Üzeyir Haçıbəyov küçəsinə daxil olmuşdur. Onun avtomobilinin önündə hərəkət edən başqa bir avtomobil qarşıdan gələn avtomobilləri gözləmiş, bu səbəbdən də yolayrıcında həmin avtomobilin arxasında o da gözləməli olmuşdur. Sözügedən yolun kifayət qədər dar olması səbəbindən yandankeçmə hərəkəti edə bilməmiş, bu səbəbdən də qarşıdakı avtomobilin hərəkətini 10 saniyə ərzində gözləmiş və sonra hərəkətinə davam etmişdir. Bu zaman X7 əməkdaşı Polis kapitanı döş nişanı 1433 nömrəli əməkdaşı ona saxla əmri vermişdir. Polisin saxla əmrinə dərhal tabe olmuş və avtomobilini yolun sağ hissəsinə yaxınlaşdıraraq dayandırmışdır. Adını bilmədiyi, döş nişanı 1433 nömrəli olan polis kapitanı ona svetaforun qırmızı işığının tələblərinə riayət etmədiyini və barəsində protokolun tərtib ediləcəyini, ona 100 manat məbləğində və 3 bal inzibati qaydada cərimə edəcəyini bildirmişdir. Döş nişanı 1433 nömrəli olan polis kapitanına svetaforun tələblərinə riayət etdiyini və yolayrıcına svetaforun yaşıl işığı yanarkən daxil olduğunu bildirsə də o, bunların heç birinə məhəl verməmiş və barəsində qanunsuz və əsassız olaraq İXP6829675 nömrəli inzibati xəta protokolu tərtib etmiş, həmin protokol əsasında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin sözügedən pozuntu ilə bağlı heç bir video-material elektron kabinetə əlavə edilməmişdir. Görudüyü kimi ona saxla əmrini verən polis kapitanı döş nişanı 1433 nömrəli əməkdaş olsa da, lakin protokolu Bakı şəhər DYPİnin Müşayyət-Eskort Bölüyü YPX-nin inspektoru polis baş serjantı X3 tərtib etmiş və ona qarşı qərəzli mövqeyini göstərmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, yol ayırıcına svetoforun yaşıl işığında daxil olmuş, lakin qarşısında tıxac yaranmaqla önündə gedən nəqiyyat vasitəsini gözləmək məcburiyətində olmuş, bu səbəbdən svetoforun yaşıl işığına qoyulmuş vaxt bitdiyindən yol ayrıcını qeyd edilən vaxt ərzində tam keçə bilməmiş, idarə etdyi avtomaşının arxa hissəsi digər nəqliyyat vasitələri üçün maneə yaratmışdır. Bundan əlavə yolayrıcında hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətləri yəni 5.33 nişanlanma xətti qoyulmamışdır. YPX-nin əməkdaşı da yola ayrıcını svetoforun qırmızı işığı yandığı anda keçməsini əsas tutmaqla barəsində protokol tərtib etmişdir. Bütün bunlar əməlində İXMnin 327.2-ci maddəsinin tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Sonda C.G. Musayev qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə “Mercedes Benz 818” xüsusi təyinatlı, ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yol ayrıcından keçməsini əks etdirən görüntülərini özündə əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, CD diskə baxış keçirib iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsaslıdır və qismən təmin edilməlidir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 17:31 radələrinə Bakı şəhəri, Yusif Səfərov küçəsində “Mercedes Benz 818” xüsusi təyinatlı, ** DA *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayırıcını keçmə qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə keçirilmiş, baxış zamanı “Mercedes Benz 818” xüsusi təyinatlı, ** DA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X1 müvafiq svetaforun yaşıl işığı yandığı anda yolayrıcına daxil olmaqla hərəkətini digər nəqliyyat vasitələri ilə birlikdə davam etdirdiyi, yolayırcını tam keçməmiş, idarə etdiyi avtomobilin önündə hərəkət edən başqa bir nəqliyyat vasitəsinin qarşıdan gələn avtomobilləri gözləməsi səbəbindən yolayrıcında həmin avtomobilin arxasında onun da gözləmək məcburiyyətində olması, qarşısındakı nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra onun da hərəkətinə davam etdirdiyi müəyyən edilmişdir. Bundan əlavə CD diskə baxış zamanı yolayrıcında quraşdırılmış svetoforların qarşısında stop-xətləri, yəni 5.33 nişanlanma xəttinin olması olmadığı, qeyd edilən səbəbdən Ceyhun Musayev tərəfindən yolayırıcını keçmə qaydalarını pozması müəyyən edilməmişdir. Məhkəmə tədqiq edilmiş videogörüntündə əks olunmuş Ceyhun Musayevin idarə etdiyi avtomobilin hərəkət trayektoriyasına qiymət verərək qeyd edir ki, o, idarə etdiyi avtomobillə sfeteforun hərəkətə icazə verən yaşıl işığında hərəkətini davam etdirərək yol ayıcına daxil olmuş, qarşısında hərəkət edən avtomobillərin dayanması səbəbindən yol ayrıcının digər istiqamətində hərəkətə başlayan avtomobillərin yolunu az bir hissədə bir neçə saniyə ərzində kəsmişdir. Onun avtomobili yolun hərəkət hissəsində saxlaması özündən asılı olmayan səbəbdən baş vermişdir. Belə vəziyyətdə Ceyhun Musayevin başqa çıxış yolu olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində qeyd edilmişdir ki, nizamlanan yolayrıcı – hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Həmin maddənin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Həmin qanunun 76-cı maddəsinin İV hissəsində qeyd edilmişdir ki, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Göründüyü kimi, sürücü sfetoforun icazə verici işığında keçərək yolayrıcına daxil olduğu zaman qarşıda avtomobillərin tıxacı yaranmamış, yalnız yol ayrıcına daxil olduqdan sonra qısa müddətli tıxac yaranması səbəbindən hərəkətini yolun hərəkət hissəsində saxlamağa məcbur qalmışdır. Məhkəmə şikayətçinin onun barəsində protokol tərtib etmiş yol polis əməkdaşının barəsində xüsusi qərarın çıxarılması tələbi ilə bağlı bildirir ki, inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlı səlahiyyətli şəxslər tərəfindən maddi hüquq normalarının pozulmasına görə qanunvericilikdə xüsusi qərarın çıxarılması nəzərdə tutulmamışdır. Çünki qeyd edilən hal səlahiyyətli şəxsin baş vermiş hadisəyə məntiqi düşüncəsinin nəticəsi olduğunda onun tərəfindən həmin hadisəyə səhv hüquqi qiymət verilməsi onun cəzalandırılması ilə nəticələnə bilməz. Səlahiyyətli şəxs tərəfindən kobud prosessual pozuntulara yol veriləcəyi halda, həmin şəxsin cəzalandırılması məsələsinə baxıla bilər. Ona görə də şikayət qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.2-ci maddəsində göstərilir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X6 İdarəsinin Müşayiət-Eksort Bölüyünün YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin, Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar