Məhkəmə qərarları › İş №3(050)-309/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-309/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-309/2023 07.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səfalı oğlunun (02 mart 1991-ci ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu Eminli kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci və 520-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Səfalı oğlu 08 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində Masallı rayonu, Qızılağac kəndi ərazisində ov silahını qanunsuz gəzdirmiş və həmin vaxt havaya atəş açması aşkar edilmişdir. Şəxs Səfalı oğlu bu hərəkətlərii ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci və 520-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis kapitanı Ramil Zeynalov tərəfindən 17 fevral 2023-cü il tarixli MN ******* və 11 fevral 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səfalı oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Şəxs Səfalı oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Masallı RPŞ-nın xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu, Eminli kənd sakini Şəxs Səfalı oğlunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmayan 1 ədəd 12 kalibrli, İJ 58 markalı, nömrəsiz, yiysiz ov silahı aşkar edilmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın təsviri hisəsində göstərilənlərə əsasən, Masallı rayonu Eminli kənd sakini Şəxs Səfalı oğlu barəsində Azərbaycan Respublikas: İXM-nin 334.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surəti Masallı RPŞ-nin DYPB-nǝ, Şəxs barəsində həmin Məcəllənin 520 vǝ 590.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsindən ötrü qəbul olunmuş qərarın surəti ondan götürülmüş 1 ədəd ov silahı ilə birlikdə Masallı RPŞ-nin İTB-nǝ göndərilməsi, qərarın təsviri hisəsində göstərilənlərə əsasən, Şəxs Səfalı oğlu ilə X2 və X1 barışdığından və Şəxs dəymiş ziyanı tamamilə ödədiyinə görə Şəxs Səfalı oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati icraatın başlanılması rədd edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səfalı oğlunun təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokollar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Səfalı oğlu İXM-in 590.2-ci və 520-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsinə əsasən yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səfalı oğlunun inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs Səfalı oğlu barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası həddində 1 ədəd 12 kalibrli, İJ 58 markalı, nömrəsiz, yiysiz ov tüfəngi dövlət nəfinə müsadirə edilməli və o, 80 (səksən) manat məbləğində cərimə edilməsi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Səfalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci və 520-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Səfalı oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən ondan götürülüş 1 ədəd 12 kalibrli, İJ 58 markalı, nömrəsiz, yiysiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin və o, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar