Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-311/2023 22.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, R.Abbasov küçəsi, ev 137-də qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 fevral 2023-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 21 fevral 2023-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasında onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi X11 izahatında göstərdi ki, Goranboy rayonu, Xan Qərvənd kənd sakini X1 xx.xx.2023-cü il tarixli, HK-1/473 saylı müraciəti ilə bağlı, Masallı şəhəri, R.Abbasov küçəsi, ev 137-də qeydiyyatda olan və yaşayan Şəxs izahatının alınmasından ötrü Masallı RPŞ-nin TB-nin təhqqatçısı polis mayoru Ariz Səfərov tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə dəvət olunmuşdur. Saat 16 radələrində Ariz Səfərovun xidməti otağında Şəxs izahatı alınarkən, sonuncu uca səslə Elməddin Məmmədzadəyə dəymiş maddi ziyanı ödədiyini, ona hər hansı verəcək borcunun olmadığını, onu nahaq yerə polis şöbəsinə dəvət etdiklərini deyərkən Şəxs nizam-intizama dəvət edilmiş, lakin o, qanunsuz hərəkətlərinə son qoymayaraq hərəkətlərini daha da şiddətləndirərək X2 ilə uca səslə mübahisə edərək, ünvansız söyüş söyməyə başlamışdır. Bu zaman TB-nin təhqiqatçısı Ariz Səfərov, RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Elşad Məmmədov və RPŞnin İTB-nin baş inspektoru polis kapitanı Cəlal Əbülfəzli dəfələrlə Şəxs nizam-intizama dəvət etsələrdə, o,öz hərəkətlərini bir neçə dəqiqə davam etdirərək polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Goranboy rayonu, Xan Qərvənd kənd sakini X1 Masallı RPŞ-yə müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin TB-nin təhqqatçısı polis mayoru Ariz Səfərov tərəfindən şöbəyə dəvət olunmuş, tanışı Şəhriyar Talıbovla birlikdə Masallı RPŞyə getmişdir. Polis şöbəsində izahatı alınarkən Elməddin Məmədzadəyə borcunu tam şəkildə ödədiyini, ona heç bir borcunun olmadığını demişdir. Elməddin Məmmədzadə ilə aralarında sözlə mübahisə yaransa da, lakin ucadan ünvansız söyüş söyməmiş, heç kimi söyüb təhqir etməmiş, heç bir ictimai qaydanı pozmamış, xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Masallı RPŞ-nin inzibati binasında xidməti otağında olduğu zaman TB-nin təhqiqatçısı Ariz Sfərovun xidmətin otağının qarşısında kimliyi sonradan məlum olan Şəxs uca səslə kimliyi sonradan məlum olan Goranboy rayonu, Xan Qərvənd kənd sakini X2 ilə mübahisə edərək, ünvansız söyüş söydüyünün şahidi olmuş, bu zaman o, RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Ariz Səfərov və RPŞ-nin İTB-nin baş inspektoru polis kapitanı Cəlal Əbülfəzli dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, lakin o, öz hərəkətlərini bir neçə dəqiqə davam etdirərək polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin baş inspektoru X5 şahid X6 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs tanışıdır. 21.02.203-cü il tarixdə Şəxs ona Goranboy rayonu, Xan Qərvənd kənd sakini X1 Masallı RPŞ-yə müraciəti ilə əlaqədar təhqiqatçı Ariz Səfərov tərəfindən şöbəyə çağırıldığını bildirib, bilrikdə getməyi təklif etmiş, Elmanla razılaşmışdır. Saat 16 radələrində Masallı RPŞ-in inzibati binasında təhqiqatçı Ariz Səfdərovun xidməti otağında Elmanın və Elməddinin izahatları alınarkən, aralarında sözlə mübahisə düşmüşdür. Lakin Elman heç kimi təhqir etməmiş, ucadan söyüş söyməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X11 tərəfindən 21 fevral 2023-cü il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, protokolu tərtib etmiş şəxin və şahidlərin izahatları, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngüləşdirilən və ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 fevral 2023-cü il tarixdə saat 19:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-311/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-311/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver