Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-312/2023 24.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlu, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolundan vermiş olduğu şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolunun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, şikayətin məzmunundan görünür ki, X2 barəsində tərtib edilən 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan şikayət etmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1.-ci maddəsinin tələbinə görə, şikayət inzibati xəta haqqından protokoldan deyil, inzibati xəta haqqında qərardan nəzərdə tutulmuşdur. Belə ki, istinad olunmuş maddəyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1.-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.-ci maddəsinə əsasəni nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: -132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; -132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; -132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səliahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə inzibati xətanın törədildiyi yer Bakı şəhərinin inzibati ərazisidir. Həmçinin şikayət vermiş şəxs (barəsində qərar çıxarılmış şəxs) tərəfindən işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət verilməmişdir. Belə olan halda şikayətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq Bakı şəhər Məhkəmələrində baxılmalıdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göründüyü kimi, şikayət natamam hazırlanmışdır, həmçinin şikayətə Masallı rayon məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir, X3 şikayətdə yaşayış və ya elektron ünvanı, telefon nömrəsi barədə məlumat qeyd etmədiyi üçün, həmin qüsur və natamamlıqların aradan qaldırılması mümkün olmamışdır. Ona görə də verilmiş şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin 16 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolunun etibarsız hesab edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-312/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-312/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver