Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-313/2023 16.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Masallı RPŞ-nin DYPB-nin inzibati xəta haqqında 07 fevral 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək Masallı RPŞ-nin DYPB-nin inzibati xəta haqqında 07 fevral 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində **-TT-*** nişanlı avtamobil ilə hərəkətdə olmuşdur. O, Səmidxan kəndi istiqamətindən Seybətin dairəsinə daxil olmuş, hərəkət istiqamətini Lənkəran şəhəri istiqamətinə götürərək sol görünüş tərəfində olan işıqforun yaşıl işığının yandığını görüb yoluna davam etmişdir. Arxasınca gəlməkdə olan YPX-nin avtomobili onun inzibati xəta ediyini bildirərək, hərəkətini dayandırmış, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşına protokolun qərar hissəsinin açıq saxlanmasını xahiş etmişdir. Bununla əlaqədar xx.xx.2023-ci il tarixdə Masallı RPŞ-yə gedərək, haqqında tətrtib olunan protokol barədə maraqlanmış, onu polis zabiti qəbul edərək, tərtib edilmiş video görüntü onun iştirakı ilə nümayiş etdirilmişdir. Nümayiş zamanı sol görüntüdə olan işıqforun yaşıl işığı yandığı aydın görülmüş, YPX əməkdaşları isə ona sağ tərəfində olan görüntü əhatəsindən kənarda olan işıqfora tabe olmayaraq qırmızı işıqda keçdiyini bildirmişdir. YPX əməkdaşlarına dairədən çıxdığında sağ tərəfində olan işıqforun görüntü dairəsindən çıxdığını, dairədən çıxdıqda digər önləyici nişanların olmadığını (Dayanma- Durma ) buna görə də o, solunda olan işıqforun əmredici yaşıl işığını əsas götürərək hərəkətinə davam etdiyini bildirmişdir. Gətirdiyi əsaslara baxmayaraq, hətta 1.4 işarələnmiş dairə YPX əməkdaşını fikrindən döndərməmiş, qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat inzibati cərimə tənbeh tədbiri tətbiq etmişdir. Bu fakt isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına ziddir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir: xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 09:01-də “VAZ-21074” minik markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsinin tələbini pozmaqla inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. İşin araşdırılması zamanı video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, sürücü X2 xx.xx.2023-cü il tarixdə saat 09:01-də “VAZ-21074” minik markalı ** TT *** dövlət dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin verilməsinə baxmayaraq hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə yuxrıda sadalananlara əsasən hesab edir ki, 07 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir, həmin qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 07 fevral 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-313/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-313/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver