Məhkəmə qərarları › İş №3(050)-314/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-314/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-314/2024 12.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (21 avqust 1976cı ildə Masallı rayonu, Öncəqala kəndində doğulmuş, Masallı rayonu, Öncəqala kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 24 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə, saat 05:00 radələrində Masallı rayonu, Hüseynhacılı kəndi ərazisində Şəxs X1 məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd, İJ-27 markalı, 12 çaplı, 34794 nömrəli ov tüfəngi aşkar edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildir ki, silah X1 məxsusdur. Ov tüfənginə dair sənədlər var. X1 məxsus silahla ov etmək məqsədi ilə Masallı rayonu, Hüseynhacılı kəndi ərazisinə getmişdir. Bu zaman polis əməkdaşları gəlmiş, zənn etmişlər ki, o, icazəsiz ov ilə məşğul olur. Bu səbəbdən də barəsində protokol tərtib edilmişdir. İşdə olan Masallı RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı Tofiq Abiyev tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 05:00 radələrində Masallı rayonu, Hüseynhacılı kəndi ərazisində Şəxs X1 məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd, İJ-27 markalı, 12 çaplı, 34794 nömrəli ov tüfəngi aşkar edilmişdir. İşdə olan Masallı RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı Tofiq Abiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, araşdırma zamanı Şəxs üzərində həyat yoldaşı X4 məxsus açıq vəziyyətdə 1 ədəd, İJ-27 markalı, 12 çaplı, 34794 nömrəli ov tüfəngi aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, G/2-R nömrəli şəhadətnamədən görünür ki, 12 çaplı, İJ-27 markalı, 34794 nömrəli ov silahın X5 tərəfindən saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, işə əlavə edilmiş inzibati xəta haqqında protokol, digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, 1 ədəd, İJ-27 markalı, 12 çaplı, 34794 nömrəli ov tüfəngi inzibati xəta törətmiş şəxsin deyil, onun arvadı X3 xüsusi mülkiyyətindədir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar