Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-315/2024 29.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində X5 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək kürəkəni Almaz Cəfərovun spirtli içkinin təsiri altında yaşadığı ünvana gələrək münaqişə yaratmasını, onu və ailə üzvlərini söyüb təhqir etməsini bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Abbasağa Paşayev, Masallı RPŞ-nin İƏQ-nun üzvləri Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Mehman Fərhadlı və RPŞnin NH-nin sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli ilə birlikdə göstərilən ünvanda olakən X6 Yadigar Kərimovun həyətində Yadigar Kərimovla və ailə üzvləri ilə mübahisə etdiyini, ünvanlı-ünvansız söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsi nizam-intizama dəvət edərək bu hərəkətlərinə son qoymağı tələb etsələr də Almaz Cəfərov onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirdiyi üçün onu Polis şöbəsinə dəvət etdikdə həmin şəxs bundan imtina edərək polis şöbəsinə getməyəcəyini bildirmiş və küçəyə çıxaraq ünvansız söyüşlər söyməkdə davam etmişdir. Bu səbəbdən Almaz Cəfərov polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirilmiş, Masallı RPŞ-yə gətirildikdən sonra həmin şəxsin sərxoşluq vəziyyəti müayinə edildikdə spirtli içkinin təsiri altında olması müəyyən edilmiş, göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən arvadı ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə səbəbindən X4 yaşadığı ünvana gəlmiş, qızını öz evinə aparmaq istədikdə aralarında münahisə yaranmış, mübahisə zamanı əsəbiləşdiyindən ünvansız söyüşlər söymüşdür. X4 DİN-in 102 xidmətinə şikayət etdiyinə görə polis əməkdaşları yaşadığı ünvana gəlmiş, polis əməkdaşlarının verdiyi suallara görə əsəbiləşərək sərxoş olduğundan özündən asılı olmayan səbəblərə görə söyüş söyməyə başlamış, polis əməkdaşları etdiyi hərəkətlərin qanunsuz olduğunu bildirib onu nizamintizama dəvət etsələr də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən onu Masallı RPŞ-yə aparmışlar. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olmasını, özünün epilepsiya xəstəsi olmasını nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində xidmətdə olarkən X5 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək kürəkəni Almaz Cəfərovun spirtli içkinin təsiri altında yaşadığı ünvana gələrək münaqişə yaratmasını və onu və ailə üzvlərini söyüb təhqir etməsini bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar olaraq Masallı RPŞ-nin sürücü polis nəfəri Bağır Hüseynlinin və RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Abbasağa Paşayev ilə birlikdə göstərilən ünvanda olakən X6 Yadigar Kərimovun həyətində Yadigar Kərimovla və ailə üzvləri ilə mübahisə etdiyini, ünvanlıünvansız söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsi nizam-intizama dəvət edərək bu hərəkətlərinə son qoymağı tələb etsələr də Almaz Cəfərov onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirdiyi üçün onu Polis şöbəsinə dəvət etdikdə həmin şəxs bundan imtina edərək Polis şöbəsinə getməyəcəyini bildirmiş və küçəyə çıxaraq ünvansız söyüşlər söyməkdə davam etmişdir. Bu səbəbdən X12 RPŞ-yə gətirilmiş, Masallı RPŞ-yə gətirildikdən sonra həmin şəxsin sərxoşluq vəziyyəti müayinə edildikdə spirtli içkinin təsiri altında olması müəyyən edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən xx.xx.2024-cü il tarixli, seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli, 642705 saylı alkoltestin nəticəsindən görünür ki, Şəxs 4,177% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. İşdə olan VMAS-dan yoxlama nəticəsinə dair məlumatdan görünür ki, X8 dərəcəsi təyin olunmayan əlililyi aşkar olunmuş, diaqnoz: Baş beyin diffuz travması, keçirilmiş ağır qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Ağırlaşma R56, başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, hipertenzion sindrom və qıcolma tutmaları ilə.” təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, özünün etirafı, protokolu tərtib etmiş şəxin və şahidin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs xəstəliyini, himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngüləşdirilən hallar kimi nəzərə alır.; məsuliyyətini ağırlaşdıran hal isə inzibati xətanı sərxoş halda törətməsidir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 21:35-də tutulmuş, 29 yanvar 2024-cü il tarix, saat 15:30-da azad edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Cəfərov X9 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-315/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-315/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver