Məhkəmə qərarları › İş №3(050)-317/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-317/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-317/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər X11, X5, X2, X6, X12, X10, X13 və X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-27 avqust 1962-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 17 noyabr 2022-ci il tarixdə idarə etdiyi mikroavtobusla hərəkətdə olarkən X4 idarə etdiyi avtobusla toqquşmuşdur. Hadisə nəticəsində X11, X5, X2, X6, X12, X10, X13 və X7 yüngül bədən xəsarəti almışlar. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, etibarnamə əsasında “X22 Fabriki” MMC-nə məxsus “UAZ 220695-440 Mikroavtobus” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq olan kateqoriyalı sürücülük vəsiqəsi vardır. 17 noyabr 2022-ci il tarixdə Lənkəran rayonu İstisu qəsəbəsindən Masallı rayonu Kolatan kəndinə gedərkən Masallı rayonu Mahmudavar kəndi ərazisində digər “X22 Fabriki” MMC-nə məxsus X4 idarə etdiyi “QAZ 330810-1091” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşıda dayandığını görmüş və idarəetməni itirərək idarə etdiyi nəqliyyat vasitəsinin qabaq hissəsi həmin nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəymiş və onun idarə etdiyi mikroavtobusda olan sərnişinlər X11, X2, X6, X12, X10, X13, Yusif Baxşiyevin idarə etdiyi avtobusda olan sərnişinlər X5 və X7 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Xəsarət alanlar Lənkəran RMX-na müraciət etmişlər. Hazırda onlar yaxşıdırlar, onlara dəymiş ziyan ödənilmiş, onun barəsində şikayətləri yoxdur. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır və barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X11, X5, X2, X6, X12, X10, X13 və X1 Quliyevin verdiyi izahatla eyni məzmunda izahat verdilər və onlara dəymiş ziyanın ödənildiyini, Şəxs şikayətlərinin və tələblərinin olmamasını bildirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokolla, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarlara, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinəəsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi nəzərər alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzasının tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs (İXP ******* saylı protokol üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar