Məhkəmə qərarları › İş №3(050)-318/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-318/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-318/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X4 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1969-cu ildə Masallı rayonu Ərkivan qəsəbədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı rayonu Ərkivan qəsəbədində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə Masallı rayonu Yeddioymaq kənd sakini X2 məxsus fərdi yaşayış evindən 100 manat dəyərində məişət aradanlığı, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Musaküçə kənd sakini X3 qohumu Elçin Rüstəmova məxsus fərdi yaşayış olmayan evinin həyətində olan əl damından ümumi dəyəri 75 manat olan su mühərrikini, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şıxlar kənd sakini X1 fərdi yaşayış olmayan ata evindən 40 manat dəyərində olan bir ədəd qaz balonunu və xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şıxlar kənd sakini X5 yaşadığı evinin həyətindən ümumi dəyəri 50 manat olan 1 ədəd mis qazanını oğurlayaraq xırda talama əməli törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, narkotik vasitələrin aludəçisidir. Bu səbəbdən də narkotik vasitələri əldə etməsi üçün ona pul lazım olduğunda xx.xx.2022-ci il tarixdə Masallı rayonu Yeddioymaq kənd sakini X2 məxsus fərdi yaşayış evindən 100 manat dəyərində məişət aradanlığı, xx.xx.2023-cü il tarixdə Masallı rayonu Musaküçə kənd sakini X3 qohumu Elçin Rüstəmova məxsus fərdi yaşayış olmayan evinin həyətində olan əl damından ümumi dəyəri 75 manat olan su mühərrikini, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şıxlar kənd sakini X1 fərdi yaşayış olmayan ata evindən 40 manat dəyərində olan bir ədəd qaz balonunu və xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şıxlar kənd sakini X5 yaşadığı evinin həyətindən ümumi dəyəri 50 manat olan 1 ədəd mis qazanını oğurlamışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə sataraq əldə etdiyi pulla şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ona qanunauyğun cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Ramil Mirzəyev tərəfindən 23 fevral 2023-cü il tarixdə MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarından görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçıları X9 tərəfindən 09 yanvar 2023-cü il tarixdə, X7 tərəfindən xx.xx.2023-cü il tarixdə, X10 tərəfindən xx.xx.2023-cü il tarixdə və X6 tərəfindən 21 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci madəsinə əsasən İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 23 fevral 2023-cü il, saat 18:27-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar