Məhkəmə qərarları › İş №3(050)-320/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-320/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-320/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Masallı rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 fevral 2023-cü il tarixdə Masallı rayonu, Təzəkənd kənd ərazi nümayəndəliyinin inzibati binasının həyətində həmkəndlisi Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyüb təhqir edərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir. Zərərçəkmiş şəxs onun barəsində DİN-nin 102 zəng xidmətinə etdiyi müraciətlə bağlı onu qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs onu söyüb təhqir etdiyi üçün oda emosional şəxs olduğu üçün özünə hakim ola bilməyərək Zərərçəkmiş şəxs nəlayiq ifadələrlə süyüb təhqir etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs oğlunu tanıyır, həmkəndlidirlər. Şəxs təxminən 8 aya yaxındır ki, onu mobil telefonu ilə videoya çəkir və “TikTok” kimi tanınan sosial şəbəkədə müxtəlif formalarda paylaşır. O, bununla bağlı Şəxsin yaxın qohumlarına dəfələrlə məlumat verərək etdiyi hərəkətlərinə son verməsini tələb etmişdir. Lakin Şəxs öz hərəkətlərini davam etdirmişdir və yaxın qohumlarınında iradlarına məhəl qoymamışdır. Bu səbəbdən də o, məsələ ilə bağlı hüquqmühafizə orqanlarına müraciət etməyi qərara almış və DİN-nin 102 zəng xudmətinə bu barədə məlumat vermişdir. Odur ki, etdiyi müraciətlə bağlı izahatının alınması ilə əlaqədar olaraq kənd ərazi nümayəndəliyinə dəvət olunmuşdur. Kənd ərazi nümayəndəliyinin inzibati binasının həyətinə daxil olduğu zaman Şəxs orada olmuşdur. Şəxs onu gördüyü zaman onunla bağlı 102 xidmətinə etdiyi zəngdən əsəbləşərək onu nəlayiq söyüşlərlə söyərək təhqir etmişdir. Şəxs ilə barışmamışdır. Şikayətçidir. Odur ki, məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özününün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Simran Haxverdiyev tərəfindən 23 fevral 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 23 fevral 2023-cü il tarixdən, saat 18:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar