Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-321/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 22 fevral 2023-cü il tarixdə saat 22 radələrində Masallı rayonu, Həsənli kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs həmin tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Allahverdi Allahverdiyev, İB-nin baş müstəntiqi, polis mayoru İqbal Rəhimli və sürücü polis nəfəri X6 ilə birlikdə əməliyyat istintaq qrupunun tərkibində olan zaman saat 22:00-da Masallı rayonu, Həsənli kənd sakini X3 qardaşı Anarın anası və bacısının evindən oğurluq etməsi və evdə olan xalçanı yandırması barədə DİN-in 102 xidmətinə verdiyi məlumat ilə əlaqədar həmin ünvana getmişlər. Polis əməkdaşları ünvana çatan zaman Şəxs yaşadıqları evin qarşısından keçən yolun kənarına çıxaraq küçədə ucadan ünvansız ifadələr işlətməyə başlamış, polis əməkdşaları onu nizam-intizama dəvət etsələr də, o, qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmadığından Masallı RPŞ-yə gətirilmişdir. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 22 fevral 2023-cü il tarixdə, saat 21 radələrində spirtli içki qəbul edərək anasının yaşadığı ünvana getmiş, polis əməkdaşlarının həmin ünvanda olduğunu görüb əsəbilərəş ucadan ünvansız sözyüşər söyməyə başlamış, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib etdikləri əməlin inzibati xəta olduğunu deyərək onları intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsədən tabe olmadığına görə onu Masallı RPŞ-yə aparmışlar. Orada barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Etdiyi əmələ görə peşmançılıq hissi keçirir, həmin vaxt içkili olmuşdur. Bir daha belə bir hərəkətlərə yol verməyəcəkdir. Sonda Şəxs barəsində yüngül tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Həsənli kənd sakini X3 qardaşı Anarın anası və bacısının evindən oğurluq etməsi və evdə olan xalçanı yandırması barədə DİN-in 102 xidmətinə verdiyi məlumat ilə əlaqədar həmin ünvana getmişlər. Ünvana çatan zaman Şəxs bıçaqla bacısı və anasını hədələdiyini görmüş, onu nizam- intizama dəvət etməyə çalışmışlar. Bundan sonra Əli Abbasov əlindəki bıçağı öz boğaz nahiyəsinə tutaraq özünü öldürəcəyini demişdir. Dəfələrlə onu nizam-intizama dəvət etsələr də o, buna əməl etməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən 23 fevral 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Alkotestirin nəticəsindən görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə saat 00:46-da sərxoş vəziyyətdə olmuşdur. Şəxs təqsiri özünün etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması inzibati tənbehi yüngülləşdirən haldır; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 23 fevral 2023-cü il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Abbasov X5 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-321/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-321/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver