Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-323/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Masallı rayonu, Türkoba kəndində doğulmuş, Masallı rayonu, Qəzvinoba kəndində qeydiyyatda olan, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 fevral 2025-ci il tarixdə saat 18:49 radələrində “Vaz 21065 minik” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və narkoloji vasitənin təsiri altında idarə etdiyi aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonuna yas mərasiminə getdiyi zaman Masallı rayonu ərazisində yerləşən polis postunda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlar tərəfindən yoxlanılan zaman əməlini etiraf edərək həmin gün narkotik vasitə narixuana istifadə edərək avtomobil idarə etdiyi və etdiyi əməlindən peşman olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən müayinəyə aparılmış və həqiqətəndə narkotik vasitə istifadə etdiyi aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi zorakılıq halları tətbiq olunmamışdır. Sürücülük hüququ vardır, lakin o, sürücülük hüququndan məhrum olunmuş bundan xəbəri olmamış, saxlanıldığı zaman ona məluma olmuşdur ki, o, sürücülük hüququndan məhrum olmuşdur. Himayəsində üç azyaşlı uşağı və həyat yoldaşı vardır. Əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etdi. Şəxs barəsində Xİ tağım yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 09 fevral 2025-ci il tarixli 000204 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs sidiyində kannabinoid aşkar olunmuş, Kannabinoid – pozitiv, sərxoşluq vəziyyəti var. Masallı Rayon Məhkəməsinin 3(050)-68/2024 və 3(050)-442/2024 saylı qərarlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan 09 fevral 2025-ci il tarixli 022225 saylı protokoldan görünür ki, Şəxs 09 fevral 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, 10 fevral 2025-ci il tarixdə azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli inzibati qaydada tutulduğu gündən, yəni 09 fevral 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-323/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-323/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver