Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-324/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx xxxx 1971-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində doğulmuş, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2589/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 2540 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)- 1489/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1918,81 ABŞ dolları ödəniş gününə olan manat ekvivalenti ilə, həmçinin dövlət rüsumuna ödənilmiş 30 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən icra sənədləri üzrə öhdəsinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2589/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 2540 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)- 1489/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1918,81 ABŞ dolları ödəniş gününə olan manat ekvivalenti ilə, həmçinin dövlət rüsumuna ödənilmiş 30 manat alınaraq X1 ödənilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu hər iki icra sənədi üzrə ayrı-ayrılıqda 200 manat pul ödəmişdir. Digər borc məbləğləri isə ödənilməmiş qarmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədləri ilə bağlı yaranmış borcunu maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Həmçinin bir ildirki xəstədir. Eləcədə iş tapa bilmədiyi üçün heç bir yerdə işləyə bilmir. İşlə bağlı Məşğulluq idarəsinədə müraciət etmişdir. Lakin nəticəsi olmamışdır. Yaz fəslindən başlayaraq kartof və çiyələk yığımı başlayacaqdır. Əgər tələbkar tərəfindən ona vaxt verilmiş olsa o, işləyib borcunu hissəhissə ödəyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədi ilə Şəxs 2540 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. O, Rəyasətlə əvvəllər bir yerdə işləmişdir. İcra sənədi verildiyi vaxtdan o, Rəyasətə borcunu hissə-hissə ödəməsini bildirsədə nəticəsi olmamışdır. Hətta bir neçə il öncə tutulub icra şöbəsinə gətirildiyi zamanda o, Rəyasətə borcunu hissə-hissə ödəməsini təklif etmişdir. Lakin Rəyasət heç bir ödəniş etməmişdir. Hazırda borcludan borcunu tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə isə barəsində qanunamüvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 27 fevral 2023-cü il tarixdən, saat 13:10-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-324/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-324/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver