Məhkəmə qərarları › İş №3(050)-325/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-325/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-325/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1936-cı ildə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 08 dekabr 2022-ci il tarixdə qaynı X5 döymüşdür. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X6 onun qaynıdır. Əvvəllər Tofiqlə aralarında heç bir ədavət və düşmənçiliyi olmamamışdır. Lakin onların torpaqla bağlı Masallı Rayon Məhkəməsində işləri vardır. 08 dekabr 2022-ci il tarixdə məhkəmə prosesi bitdikdən sonra aralarında mübahisə olmuşdur. Lakin mübahisə zamanı o, Tofiqi döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Hazırda aralarında baş vermiş mübahisəyə görə əməlindən peşmandır. X1 onunla barışmış, ondan şikayəti yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Şəxs onun kürəkənidir, həmçinin Ayazla əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamamışdır. Lakin onların torpaqla bağlı Masallı Rayon Məhkəməsində işləri vardır. 08 dekabr 2022-ci il tarixdə məhkəmə prosesində sübutlar təqdim etdiyindən proses bitdikdən sonra Ayaz əşəbləmiş və məhkəmə zalından çıxan zaman onun üzərinə gələrək yumruqla sol gicgah nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, da bu səbəbdən DİN-102 xidmətinə zəng edərək, məlumat vermişdir. Hazırda Şəxs ilə barışmış, ondan şikayəti yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə edilmiş cinayət işi başlanamsının rədd edilməsi haqqında 28 dekabr 2022ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayəti işi başlanmasının rədd edilməsi, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün Masallı RPŞ-in İTB-nə göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 08 dekabr 2022-ci il tarixli, 1014 saylı ekspert rəyindən görünür ki, X2 gicgah nahiyəsinin sıyrığı müəyyən olmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 08 dekabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsədə, onun əəmli zərər çəkmiş şəxs X3 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin ekspet rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İş materialında olan ərizələrdən də görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 ərizə ilə müraciət edərək barışdıqlarını, inzibati xəta haqqında işin icaatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərər çəkmiş X6 ilə barışıb münasibətlərini bərpa etdiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onların ərizə verərək barışmaqla icraata xitam verilməsi barədə xahişlərini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X6 ilə barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin157-ci maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə, və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sdərlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar