Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-326/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, işsiz, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 09 fevral 2025-ci il tarixli protokola əsasən Şəxs 09 fevral 2025-ci il tarixdə ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, yəni xırda xuliqanlıq etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 09 fevral 2025-ci il tarixli protokola əsasən Şəxs 09 fevral 2025 il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs 09 fevral 2025-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi, Miondi məhəlləsində, ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə polis əməkdaşları dəfələrlə onu nizam intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərərk izahatında bildirdi ki, onun maddi durumu çətindir, ailəsi ilə faktiki olaraq ayrıldığından və qardaşı rəhmətə getdiyi üçün son zamanlar özündə olmamış, mütəmadi olaraq spirtli içki qəbul etmişdir. 09 fevral 2025-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi Miondi məhəlləsində sərxoş vəziyyətdə küçədə hərəkətdə olduğu zaman Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən sərxoş olduğu üçün şöbəyə dəvət olunmuşdur. Buna görə də, küçədə nəlayiq sözlər istifadə edərək əsəbləşmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Masallı rayon Polis şöbəsinə dəvət olunduğu üçün əsəbi olmuş, həmçinin içkili olduğu üçün özündən asılı olmayaraq söyüş söyməyə başlamışdır. Spirtli ikidən uzzq olması üçün məhkəmədən barəsində həbs növüncə cəza təyin edilməsinin xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 izahatında bildirdi ki, 09 fevral 2025-ci il tarixdə, saat 17:00 radələrində polis baş serjantı Mirağa Hüseynovla ərazidə olan Masallı rayonu, Ərkivan qəsəbəsi, Miondi məhəlləsində xidmətdə olduğu zaman, həmin qəsəbə sakini Şəxs kəskin sərxoş vəziyyətdə onları görən kimi, yanlış anlayaraq, onu tutmaq üçün gəldiklərini düşünərək, uca səslə ünvansız nəlayiq ifadələrə söyüş söyməyə başlamışdır. Şəxs Masallı rayonu, Ərkivan qəsəbəsi, Miondi məhəlləsində ictimai yerdə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə dəfələrlə onu nizam intizama dəvət etmişlər, lakin o, onların qanuni tələblərinə tabe olmayaraq qəsdən öz qanunsuz hərəkətlərini təxminən 5-10 davam etdirmişdir. Buna görə də, onu aparıb Masallı rayon Polis şöbəsinə təhvil vermişlər. Şəxsa qarşı hadisə zamanı heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis serjantı X4 şahid X5 izahatına uyğun, eyni məzmunlu izahat verərək Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs barəsində Masallı Rayon Məhkəməsinin 3(050)-1899/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri və Masallı Rayon Məhkəməsinin 3(050)-272/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə barəsində inzibati tənbeh tətbiq edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-2029/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. - Alkotester məlumatından görünür ki, Şəxs 09 fevral 2025-ci ildə alkoqol sərxoşluğu 0,6898 promildir. - AZA seriyalı 009357 nömrəli 09 fevral 2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində 09 fevral 2025-ci il tarixdə, saat 18:50-də şəxsi axtarış aparılmışdır. - AZA seriyalı 022191 nömrəli 09 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 fevral 2025-ci il tarixdə, saat 19:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə və inzibati xətanı sərxoş halda törətməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən və məsuliyyətini ağırlaşdıran halları, özünün barəsində həbs növündə tənbeh tətbiq edilməsi barədə xahişini nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbsinin başlanğıcı 09 fevral 2025-ci il tarixdən, saat 19:05-dən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 09 fevral 2025-ci il tarixdən, saat 19:05-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-326/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-326/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver