Məhkəmə qərarları › İş №3(050)-33/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-33/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-33/2025 08.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 iyun 2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmiş, həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, 07 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş elektron baza məlumatları barədə çıxarışdan görünür ki, Şəxs EQ 21909845 inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 152, 185 və 529-cü maddəsinin qeyd hissəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ 21909845 nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar