Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-336/2024 30.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Zərərçəkmiş şəxs Yadulla oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-cü il tarixdə Lerik rayonu Laman kəndində anadan olmuş, Masallı şəhəri, Ş.İ.Xətai küçəsi, ev 98, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DOST MMCdə fəhlə işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Yadulla oğlunu döyərək xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən oktyabr ayının əvvəlində tanımadığı bir şəxs ona zəng etmiş və əxlaqsız qadın olduğunu və onunla cinsi əlaqədə olmağını bildirmişdir. O, əvvəlcə ondan nömrəsini kim tərəfindən verilməsini soruşmuşdur. Lakin həmin şəxs bunu deməmişdir. Həmin şəxs onun guya digər kişilərlə görüşməyini bildirmişdir. O, bundan sonra həmin şəxsin kimliyini müəyyən etmk üçün onunla söhbət etmişdir. O, 3 gün danışdıqdan sonra kim olmasını bilməmişdir və həmin şəxsə yalan formada Masallı rayonuna onun ünvanına gəlməsini istəmişdir. Həmin şəxs onun evinə gəlmişdir. Bu zaman o, onun evinə həmin evlərdə fəhlə kimi işlətdiyi şəxslə birlikdə gəlmişdir. O, sonradan onun adının İbrət olmasını öyrənmişdir. Həmin şəxs Lerik rayon sakini olmuş və o, onu evə içəri dəvət etmişdir. Həmin şəxs ona gəlib oturaraq söhbət etməsini demişdir. Söhbət əsnasında Həmudlla adlı şəxs İbrətə marketə getrməsin istəmişdir. O, isə İbrətə getməməyini demiş və ev yiyəsinə zəng etməsini xahiş etmişdir. Daha sonra həmin şəxslə arasında mübahisə baş vermişdir. O, Həmdullaya niyə ona əxlaqsız kimi davranmasını soruşmuşdur. Həmdulla ona başqa şəxslərin onun əxlaqsız qadın olmağını və nömrəsini verməyini demişdir. O, Həmdullaya həmin nömrənin kim tərəfindən verilməsini soruşmuş, lakin Həmdulla isə deməmişdir. Bundan sonra arasında mübahisə baş vermişdir. O, Həmdullaya bir neçə dəfə üz nahiyələrinə şillə ilə vurmuşdur. Həmdulla isə yalvarmağa başlamışdır. O, həmin vaxt Həmdullanın səsini yazmamışdır. Həmin səsi və videonu yazan şəxslərin kim olmasını bilməmişdir. Hazırda Həmdulla ona qarşı etdiyi hərəkətlərinə görə üzr istəmişdir və o, zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Yadulla oğlu izahat verərək bildirdi ki, təxminən oktyabr ayının əvvəlində Mehparə xanımı tanımış və onunla tez-tez telefonla danışmışdır. Həmin qadınla intim söhbətlər etmişdir. Bu söhbətlər əsnasında onunla Masallı rayonuna gəlməyi barədə razılaşmışdır. Qadın ona evinə gəlməyini və əri İbrətin qardaşıgildə olacağını bildirmişdi. O, həmin qadının evinə getdikdə ona qapını həmin qadın açmış və o evə girmişdir. Evdə ondan başqa İbrət adlı əri də orada olmuşdur. O, İbrətin orada olmasına təəcüblənmişdir. Çünki ona evdə tək olacağını bildirmişdir. İbrət ona niyə gəlməyi barədə heç bir şey soruşmamışdır. O, onların evində oturmuş və onlarla da söhbət etməyə başlamışdır. Bu söhbət əsnasında Mehparənin onu tələyə salmasını və onun da həmin tələyə düşməyini bildirmişdir. Həmin Mehparə ondan 2000 manat pul istəmişdir. O, həmin pulun onda olmamasını demişdir. Daha sonra aralarında mübahisə olmuş və Mehparə əli ilə onun baş, çiyin, üz, bel və qollarına vurmuş və həmin nahiyələrində xəsarətləri yaranmışdır. Mehparə onu vurarkən o, çətinliklə də olsa əlindən qurtulmuş və evin qapısından çölə qaçmışdır. Həmin vaxt Mehparə onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Sonradan dediyi sözlərə görə üzr istəmişdir. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1027 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs Yadulla oğlunda burnun belində aşkar olunan sahə sıyrığın sağaldıqdan sonrakı izi olub bərk küt əşyanın təsirindən törədilmişdir, törəmə müddəti müayinədən 11- 16 gün əvvələ uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Əli Axundzadə tərəfindən 30 yanvar 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi ilə yanaşı onun əməli Zərərçəkmiş şəxs Yadulla oğlunun məhkəmə iclasında verdiyi izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs Yadulla oğlu ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs Yadulla oğlu barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-336/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-336/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver