Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-340/2024 31.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, X1, Zərərçəkmiş şəxs, Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Lənkəran rayonu, Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, X2 izahatında göstərdi ki, xx.xx.2023-ci il tarixdə, Masallı rayonu, Qəriblər kənd sakini, Zərərçəkmiş şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, həmin tarixdə keçmiş əri Şəxs tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qəriblər kəndində şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Məmmədov X3 Gülər Eldəniz qızını qəsdən vuraraq sonuncuya boyun nahiyyəsinin qançırları ilə nəticələnən xəsarət yetirmişdir. Aparılmış təhqiqat zamanı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün MTE və PAB-nin Masallı rayon şöbəsinə təqdim edilməsi üçün qərar qəbul edilmiş, MTE-nin 1034 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyun nahiyyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, dəmir zəncirlə sıxılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Araşdırma nəticədə cinayət işi başlanmasının rədd edilməsi barədə haqqında qərar qəbul edilmiş, əməldə inzibati xəta olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu, Qəriblər kəndində yaşayır. Şəxs ilə əvvəllər qeyri-rəsmi münasibətdə yaşamışdır. Onların bir azyaşlı övladı vardır. Onlar Lənkəran rayonu, Zövlə kəndində yaşamışlar. 2023-cü ilin yanvar ayından etibarən aralarında ailə münasibətləri zəmnində mübahisə olduğu üçün o, azyaşlı övladını da götürərək acıq edib Bakı şəhərinə getmişdir. 2023-cü ilin iyun ayında Masallı rayonuna gəlmiş və Masallı rayonu, Qəriblər kəndində yerləşən “Samovar” çay evində xidmətçi işləməyə başlamışdır. Qalmağa yeri olmadığı üçün axşamlar da həmin kafedə qalaraq nəzarət edirmiş. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində o, çay evində tək divanda uzanmışdır. Həmin vaxt kafenin mətbəxtindən səs gəldiyini eşitmişdir. O, həmin vaxt gələn səsin pişiklərin etdiyini düşünərək əhəmiyyət verməmişdir. Bir qədər sonra Şəxs arxadan ona yaxınlaşaraq əlində olan zəncirlə onu boğmağa başlamışdır və onu boğan zaman ayaqları ilə qarın nahiyyəsinə vurmuşdur və özünə sıxaraq öldürəcəyini bildirmişdir. Həmin vaxt o, əli ilə Vüsala işarə edərək onu buraxmasını və ona sözünün olduğunu bildirmişdir. Bundan sonra Vüsal onun boğazına doladığı zənciri boşaltmışdır. O, da Vüsaldan onu obyektin içərisində öldürməməsini, öldürmək istəyirsə kənarda öldürməsini xahiş etmişdir. Vüsal da onunla razılaşaraq obyektdən çıxmağını bildirmişdir. Lakin həmin vaxt boğazına doladığı zənciri açmamışdır və əli ilə tutaraq onu obyektdən çıxarmışdır. Onlar birlikdə obyekdən çıxaraq Vüsalın avtomobilinə əyləşmişdir. Vüsal bir əli ilə onun boğazına doladığı zənciri tutaraq, digər əli ilə avtomobili idarə etməyə başlamışdır. Avtomobildə olan zaman o, Vüsaldan xahiş etmişdir ki, obyektin açarlarını iş yoldaşına verməyi üçün zəng etmək məqsədi ilə telefonunu ona qaytarmasını istəmişdir. Daha sonra Vüsal telefonunu ona vermiş, o, da iş yoldaşı Nailə adlı şəxsə zəng edərək, işdən çıxmaq isdədiyini və obyektin açarlarını ona təhfil vermək istədiyini bildirmişdir. Həmin vaxt Nailə onunla zarafat etdiyini düşünərək, telefonu söndürmüşdür. O da telefonu qəsdən ayağının altına atmışdır. Vüsal ondan telefonu istədikdə o, telefonun ayaqaltına düşdüyünü və boğazına zəncir doladığı üçün götürə bilmədiyini demişdir. Daha sonra o, gizlin telefonu götürərək obyektin sahibi Taleh adlı şəxsə zəng etmişdir və telefonu kənara qoyaraq yüksək səslə danışmağa başlamışdır. Sonra Vüsaldan xahiş etmişdir ki, Masallı rayonunda yerləşən “Bazarstore” mağazasının qarşısına sürsün və obyektin açarlarını "Skar" adlı digər obyektin qarşısında olan xalçanın altına qoysun. Vüsal da onunla razılaşaraq “Bazarstore” mağazasının qarşısına sürmüşdür. Onlar ora çatdıqdan sonra Taleh cəld avtomobilə yaxınlaşaraq qapını açmış, Vüsalla əlbəyaxa olmuşdur. Həmin vaxt o, cəld avtomobildən düşmüşdür. Vüsal da avtomobilində olan bıçaqla Talehə hədə-qorxu gələrək oradan uzaqlaşmışdır. Hadisə vaxtı Vüsalın əynində göy və ağ rəngin qarışığı olan paltar olmuşdur. Sonda Zərərçəkmiş şəxs Şəxs həbs edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Lənkəran rayonu, Zövlə kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə əvvəllər qeyri-rəsmi münasibətdə yaşamışdır. Onların bir azyaşlı övladı vardır. Bir müddət bilrikdə Lənkəran rayonu, Zövlə kəndində yaşamışlar. 2023-cü ilin yanvar ayından etibarən aralarında ailə münasibətləri zəmnində mübahisə olduğu üçün Gülər Nəbiyevə azyaşlı övladını da götürərək acıq edib Bakı şəhərinə getmişdir. Bundan sonra 2023-cü ilin iyun ayında Gülər Masallı rayonuna gəlmiş azyaşlı uşağını müvəqqəti saxlamaq üçün ona vermiş, özü isə Masallı rayonu, Qəriblər kəndində yerləşən “Samovar” çay evində işləməyə başlamışdır. Gülər uzun müddətdir ki, uşağı görməyə gəlməmiş, azyaşlı uşağı da ağlayaraq anasını istəmişdir. xx.xx.2023-cü il tarixdə Gülərin işlədiyi Masallı rayonu, Qəriblər kəndində yerləşən “Samovar” çay evinə getmiş, Gülərə azyaşlı uşağı onu görmək üçün ağladığından gəlib uşağına sahib çıxmasını demişdir. Gülər isə ona uşaqla mobil telefon vasitələ əlaqə saxlayıb danışdığını, heç bir problemin olmayacağını, işlədiyi üçün gəlib uşağı görmək iqtidarında olmadığını demişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, Zərərçəkmiş şəxs söyərək çay evindən çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs döyməmiş, ona əl atmamış, onu bıçaqla hədələməmiş, boğazına zəncir dalamamışdır. Masallı rayonunda “Bazarstore” mağazasının qarşısına Gülərlə birlikdə avtomaşınla getməmiş, Şahid adlı şəxsi tanımamış, onunla ümumiyyətlə rastlaşmamışdır. Gülər Nəbiyev ona şər və böhtan atır. Gülər Taleh adlı şəxsin obyektində işlədiyi üçün Taleh də təhqiqat zamanı ona qarşı yalan ifadə vermişdir. Sonda Şəxs inzibati xəta törətmədiyini bildirib barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Masallı rayonu, Qəriblər kəndində yerləşən ona məxsus “Samovar” adlı çay evində işləyir. Gülərin yaşamağa yeri olmadığı üçün o, gecələri həmin obyektə qalırdı. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Gülər ona zəng etmişdir. Həmin vaxt o, telefonda Gülərin kimləsə mübahisə etdiyini və həmin şəxsdən Masallı rayonunda yerləşən “Bazarstore” mağazasının yanına sürməsini dediyini eşitmişdir. O, da dərhal öz avtomobili ilə Masallı rayonunda yerləşən “Bazarstore” mağazasının qarşısına gəlmişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs “Mercedes” markalı avtomobildə mağazanın qarşısına gəldiyini görmüşdür. Həmin vaxt adını sonradan bildiyi Vüsal Məmədova avtomaşından düşərək ona yaxınlaşmışdır. Vüsaldan nə baş verdiyini soruşmuş, Vüsal Gülərlə aralarında narazılıq olduğunu deyərək onunla mübahisə etmişdir. Vüsal bıçağı göstərək ona hədə-qorxu gəlməmişdir. Gecə vaxtları olduğu üçün Vüsalın və Gülərin həmin vaxt nə geyindiklərinə fikir verməmişdir. Latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarır, Masallı Rayon Polis şöbəsində aparılan araşdırma zamanı da izahatını oxuyaraq, imzalamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda göstərilir ki, əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin Masallı RPŞnin İTB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertizasının və X7 X8 Masallı MTE və PA şöbəsinin xx.xx.2023cü il tarixli, 1034 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, boyun nahiyyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, dəmir zəncirlə sıxılma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Zərərçəkmiş şəxs döyməsi sübut olunmamışdır. Zərərçəkmiş şəxsin izahatı və şahidin ifadəsi arasında da ziddiyyətlər var. Məsələn, zərərçəkmiş şəxs izahatında göstərir ki, Məmmədov X4 Taleh Fərasət oğluna bıçaqla hədə-qorxu gəlmiş, onunla əlbəyaxa olmuşdur. Şahid isə bu halları inkar edir. Beləliklə məhkəmə işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə nəticəyə gəlir ki, Şəxs barədə gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-340/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-340/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver