Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-350/2023 01.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3, Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1993-cü ildə Masallı rayonu,Ərkivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı övladı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, Hərbi şəhərcik, ev 98, mənzil 22də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 01 mart 2023-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində idarə etdiyi «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edərək, Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin DYBP-nin YPXİ-nin inspektoru, polis baş serjantı X4 izahatında göstərdi ki, Şəxs 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində idarə etdiyi «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən dairəvi yolda toy karvanının qarşısında avtomaşını sürüşmə (drift) ziqzaq dairəvi hərəkətlər etməklə, avotmobillərin hərəkətini məhdudlaşdırmaqla digər hərəkət iştirakçılarına təhlükə törətmişdir. Həmin görüntülər sosial şəbəkələrdə də yayımlanmışdır. Şəxs etdiyi hərəkətə görə Masallı RPŞ-yə gətirilmiş, izahatı alınarkən əməlini etiraf etmiş, səhv etdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. CD diskə köçürülmüş video görüntülər onun tərəfindən törədilməmişdir, avtomobili video görüntüdəki kimi hərəkət etdirən şəxs hər ikisinin də iştirak etdikləri toy məclisində iştirak edən Yusifəli adlı şəxsdir. Əgər videogörüntü axıradək əldə edilsə, bütün həqiqətlər məlum olar. Masallı RPŞ-də etirafedici izahat verməsinə səbəb zənn etmişdir ki, müəyyən məbləğdə cərimə olunar və məsələ bununla bitər. Bu səbəbdən həmin vaxt əsl həqiqəti deməmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərdi ki, Masallı RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində işləyir. 25 fevral 2023-cü il tarixdə xidmətdə olarkən saat 17:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsindəki dairəvi yolda uzaqdan toy karvanın gəldiyini, həmin vaxt ağ rəngli avtomaşının toy karvanının qarşısında sürüşmə hərəkətləri edərək, dairələr cızmaqla fırlandığını görmüş, lakin aralarındakı məsafə 200-300 metr olduğundan sürücünün konkret olaraq kim olmasını müəyyən edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, 25 fevral 2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində tanışı Amid İbadovun toy mərasiminə Lənkəran rayonundan gəlmiş, həmin toyda Şəxs ilə tanış olmuşdur. Toy şənliyinə maşınsız gəlmiş, orada yalnız Kamran adlı tanışına məxsus “Mercedes” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, başqa maşını, o cümlədən Şəxs məxsus «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində qardaşı Amidin toy mərasimi keçirilmiş, çoxlu tanışlar həmin toyda işitak etmişlər. Gəlin gətirilməsi üçün gedilən vaxt toy karvanı olmuşdur. Şəxs özünə məxsus «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayonu, Ərkivan qəsəbəsindəki dairəvi yolda sürmək üçün Şahid3 vermiş, Yusifəli də «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşını dairəfi drift hərəkətləri etmişdir. Həmin anda isə Mirfəttah «BMW» markalı avtomobildə deyil, onun yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Səməndar oğlu izahatında göstərdi ki, 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində keçirilən toy məraisimi zamanı «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşınla o, drift etmişdir. CD diskə köçürülmüş video görüntüdəki hərəkətlər onun tərəfindən edilmişdir. Yanında olan şəxsin kim olduğu isə yadında deyil. Maşının açarları üstündə olduğundan icazəsiz götürüb sürmüşdür. İş materiallarında olan 01 mart 2023-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 25 fevral 2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində idarə etdiyi «BMW» markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edərək, Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş CD diskə baxış keçirilmişdir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Müəyyən edilmişdir ki, inzibati xəta ilə bağlı təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları arasında ziddiyyətlər var. Ən əsası inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin sübut kimi məhkəməyə təqdim etdiyi CD diskdəki görüntülər tam deyil (avtomobilin daynaması, idarə edən şəxsin düşməsi yoxdur). Halbuki, qeyd edilən hallar iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edir. Bundan başqa, 01 mart 2023-cü il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolun tərtib olunmasında da bir sıra çatışmazlıqlar var. Məsələn, inzibati xəta barədə materialda Şahid4, X1 izahatları alınsada, şahidlər ilə bağlı protokolda hər hansı bir qeyd aparılmamış, işin obyektivliyi baxımından hadisənin şahidi olan digər şəxslərin izahatları alınmamışdır. Halbuki, CD diskdəki görüntülərdə hadisə yerində bir çox şəxslərin olması aşkardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Masallı Rayon Polis şöbəsindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yəni, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbi baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Masallı Rayon Polis şöbəsindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-350/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-350/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver