Məhkəmə qərarları › İş №3(050)-351/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-351/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-351/2025 18.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Masallı Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis kapitanı Nümayəndə iştirakları ilə, X3 Masallı Rayon Polis X10 xidmətinin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə, Masallı rayon məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Masallı Rayon Polis X10 xidmətinin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Masallı-Yardımlı yolunun Qəriblər kəndi ərazisindən keçərkən qarşıdan sol tərəfdən “Mersedes” markalı avtomobilin qanunsuz olaraq sola dönmə əməliyyatını yerinə yetirmək istədiyini görüb, avtomobilini sağ tərəfə çəkmək istədikdə, VAZ 2106 markalı avtomobil arxa-arxaya gələrək idarə etdiyi avtomobillə toqquşmuşdur. O, nə qədər çalışsa da, qəzanın qarşısını ala bilməmişdir. O, ilk öncə “Mersedes” markalı avtomobilin qanunsuz manevr etməsindən özünü qorusa da, magistral yolda arxa-arxaya gələn avtomobildən özünü qoruya bilməmişdir. Həmçinin onun hadisənin qarşısını almağa heç bir imkanı olmamışdır. Protokolu tərtib etmiş şəxs (Nümayəndə) ümumiyyətlə hadisəni özündə əks etdirən video görüntülərə istinad etmək istəməmiş və istinad etməmişdir. Ən əsası isə, Nümayəndə video görüntüləri belə götürmək istəməmişdir. Onun etirazları səyləri nəticəsində video görüntüləri yaxınlıqda yerləşən marketdən ədə edə bilmişdir. Nümayəndə hadisəni özündə əks etdirən video görüntülərə baxmır. Tərəflərin verdiyi yalan izahatlara əsasən ona cərimə yazmışdır. Ona yazılmış İXM-nin 327.1-ci maddəsinin heç bir aidiyyəti yoxdur. Ona yazılmış maddə “Mersedes” və “VAZ 2106” markalı avtomobillərin sürücüsünə yazılmalı idi. Həmçinin iş üzrə ekspertiza təyin edilməli olduğu halda ekspertiza təyin olunmamış, qəza hadisəsinə ehtimala əsasən qiymət verilərək, ona cərimə yazılmışdır. Qəza hadisəsində onun heç bir günahı olmamışdır. Maqistral yolda 60 sürətlə hərəkətdə olmuşdur. Hesab edir ki, araşdırma otaq şəraitində qanunsuzcasına aparılmış və nəticədə ədalətsiz bir qərar qəbul edilmişdir. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Masallı Rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi polis kapitanı Nümayəndə şikayəti qəbul etməyərək, izahatında göstərdi ki, 30 yanvar 2025-ci il tarixdə “Mercedes Benz E200” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2-Yardımlı yolunun Qəriblər kənd ərazisindən keçən hissəsində idarə etməni itirərək, yolun ehtiyat hissəsində olan “VAZ 2106” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış, “Mercedes Benz E 200” Minik markalı **-LY-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 İXM 327.1-ci maddəsinin tələblərini pozduğu üçün 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, Masallı Rayon Polis X10 xidmətinin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə heç bir əsas yoxdur. Odur ki, həmin qərarın qanuni hesab edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişdir. İş materiallarında olan kompakt diskdə YPX avtomobilinin qeydiyyata aldığı videgörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman “Mercedes Benz E 200” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Vaz 2106 markalı nəqliyyat vasitəsilə toqquşması müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Masallı Rayon Polis X10 xidmətinin polis kapitanı X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə qeyd edir ki, 30 yanvar 2025-ci il tarixdə “Mercedes Benz E 200 minik markalı **-LY-*** qeydiyyat nömrə nişanlı avtomobilin iştirakı ilə Masallı-Yardımlı yolunun Qəriblər kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini əks etdirən videoçəkilişdə müşahidə edilən avtomobillərin sürücülərinin nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki imkanlarının olub-olmaması və “Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun” tələblərinə uyğunsuz hərəkətinin edilib-edilməməsinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan iş üzrə yol nəqliyyat hadisələri ekspertizası təyin edilməlidir. Lakin inzibati qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən xüsusi bilik tələb edən məsələnin aydınlaşdırılması məqsədi ilə müvafiq ekspertiza təyin olunmadan qərar qəbul edilmişdir. Göründüyü kimi, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar