Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-352/2025 11.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-3193/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3193/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən 20 dekabr 2007-ci il təvəllüdlü X2, 09 sentyabr 2010cu il təvəllüdlü X3 və 09 fevral 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimim saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) mamat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məblğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X1 ödənilməlidir. İcra sənədini üzrə yığılmış borcuna görə Masallı Rayon Məhkəməsinin 3(050)-129/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs tətbiq olunmuş, sonradan təkrar aliment borcuna görə həmin ildə barəsində Masallı Rayon Məhkəməsinin 3(050)-1821/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs tətbiq olunmuşdur. Borclu icra sənədi üzrə borcu ödəmədiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanması üçün təqdimat göndərilmişdir. Lakin tələbkar aliment üzrə yığılmış borcdan imtina etmişdir. Buna baxmayaraq borclu icra sənədi üzrə borcu ödəmədiyindən cəmi 3360 manat məbləğində borcu yaranmışdır. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmədiyi halda, əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru ona xəbərdarlıq etmişdir. O, zəhərli zob xəstəliyindən əziyyət çəkir və bu vaxtadək xəstə olduğu üçün işləyə bilməmişdir. İki aya yaxın olar ki, rəngsaz işinə düzəlmişdir. Gündə 20 manat qazanc eldə edir və ona 39 gün işlədiyi işin dəyəri ödənilməlidir. Əgər həbs olunsa, yeni iş yerindən çıxardacaqlar. Məhkəmədən ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 2(050)-3193/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 20 dekabr 2007-ci il təvəllüdlü X2, 09 sentyabr 2010-cu il təvəllüdlü X3 və 09 fevral 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) mamat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məblğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X1 ödənilmədir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3193/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı Rayon Məhkəməsinin 3(050)-129/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-1821/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. - Masallı Rayon Məhkəməsinin 8(050)-106/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs ölkədən müvəqqəti getmək hüququ məhdudlaşdırılmışdır. - Şəxs 11 fevral 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-3193/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, halhazırda işləyərək ödəniş etmək istəməsini, xəstəliyini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-352/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-352/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver