Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-354/2025 21.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclasa katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, X1nun iştirakı ilə X3 Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə müraciət edərək TP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək göstərdi ki, 29 yanvar 2025-ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndinin ərazisində hərəkətdə olduğu zaman yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun maşını saxlanıldıqdan sonra izah olunmadan Masallı rayon Polis şöbəsinə aparılmışdır. Akta şöbənin həyətində imza çəkmiş, sonradan əməkdaşlar ona maşının arxa hissəsində yayların dəyişməsi ilə bağlı izah vermişlər. O, da maşına təzə yay alaraq dəyişdirmişdir. İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.5-ci maddələrinə əsasən inzibati tənbeh vermə haqqında protokol və TP 70006943 saylı 29 yanvar 2025-ci il tarixli qərarı tərtib edərək onun barəsində 50 manat məbləğdə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmçinin həmin hissələrində heç bir qüsur olmadığını görərək, şöbənin həyətində foto şəkillərini çəkmişdir. Sonradan isə təhlükəsizlik kəmərini bağlamadığı üçün barəsində cərimə tətbiq olunmuşdur. O isə hər maşına oturanda təhlükəsizlik kəmərini bağlayır. Tətbiq olunmuş cəriməni əsassız hesab edir. İnzibati tənbeh vermə haqqında qərarı aldıqdan sonra dərhal məhkəməyə şikayət vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş İXP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolda qeyd edilmişdir ki, “VAZ 21074” minik markalı **-CA- *** dövlət nömrəli qeydiyyat nişanlı avtomobilində aşkar edilmiş, texniki nasazlıq aradan qaldırılmışdır. - Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 29 yanvar 2025-ci il tarixdə, saat 09:48 radələrində “VAZ 21074” minik markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. - Masallı rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş “Avtoservis” T.X.S-nin 29 yanvar 2025-ci il tarixli arayışının surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-CA- *** dövlət nömrəli qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə texniki nasazlıq aşkar edilmişdir. - Masallı rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətində görünür ki, 29 yanvar 2025-ci il tarixdə X4 məxsus “VAZ 21074” minik markalı **-CA-*** dövlət nömrəli qeydiyyat nişanlı avtomobili saxlanc üçün təhvil vermişdir. Məhkəmədə müəyyən olundu ki, X3 idarə etdiyi “VAZ 21074” minik markalı, **-CA- *** dövlət nömrə nişanlı avtomobildə nasazlıq aşkar edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X6 tərəfindən avtomobildə aşkar edilmiş texniki nasazlıq aradan qaldırılmış və o, öz imzası ilə bunu təsdiq edərək inzibati xəta ilə razılaşmışdır. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 329.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X1 TP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı aldıqdan sonra dərhal şikayət verdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-354/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-354/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver