Məhkəmə qərarları › İş №3(050)-355/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-355/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-355/2025 12.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olmuş, Masallı rayonu Ərəb kəndində qeydiyyatda olmaqla Masallı şəhəri, Qarabağ küçəsi, ev 31-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1372/2011 saylı, 18 noyabr 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il tarixdən başlayaraq 23 noyabr 2002-ci il təvəllüdlü X1, 07 fevral 2005-ci ildə anadan olmuş X2 və 03 may 2007-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1372/2011 saylı, 18 noyabr 2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il tarixdən başlayaraq 23 noyabr 2002-ci il təvəllüdlü X1, 07 fevral 2005-ci ildə anadan olmuş X2 və 03 may 2007-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamışdır. Eləcədə borclunun ölkədən getmə hüququ məhdudlaşdırılmış, barəsində məcburi gətirmə haqqında məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin borclunun gəlirləri və əmlakları yoxlanılmış, lakin gəlirinin və əmlakının olmadığı müəyyən edilmişdir. Borclu icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 14600 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Gücü çatdığı qədəri ilə borcundan ödənişlər etmişdir. Hazırda ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan iki azyaşlı uşağı vardır. Evi olmadığı üçün kirayədə yaşamağa məcbur olmuş və aylıq 200 manat kirayə pulu ödəyir. Maddi imkanı olduğu zaman ödəniş edəcəkdir. Heç bir yerdə işləmir. Hazırda heç bir ödəniş edə bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu bir neçə dəfə ona vəd verərək aliment ödəyəcəyini bildirsədə onu aldatmış, heç bir ödəniş edə bilməmişdir. Borclu ya borcunu ödəsin, ödəmirsə əgər barəsində inzibati qaydada həbs qərarı qəbul edilməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 12 fevral 2025-ci il tarixdən, saat 16:55-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar