Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-358/2023 02.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə. xx xxx 1993-cü ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, Hərbi Şəhərcik, ev 98, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 mart 2023-cü il tarixdə Masallı RPŞ-nin inzibati binasında ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Masallı Rayon Polis Şöbəsinin həyətində olan dayanacaqda yerləşdirilmiş avtomobilini götürmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Masallı Rayon Polis Şöbəsinin DYPİ-nin əməkdaşı Şəmşir Kərimovun xidməti otağında olmuşdur. 11 gündürki övladı dünyaya gəlmiş və artıq bir neçə gündürki ailəsindən uzaqda olduğundan, ailəsinin və uşağının hansı vəziyyətdə olmasından xəbərsiz olduğundan əsəbləri gərilmiş və avtomaşınını dayanacaqdan götürmək istədiyini bildirdiyi zaman Şəmşir Kərimov mübahisə etmişdir. O, əsəbləşdiyi üçün mübahisə zamanı yüksək səslə danışmış və ünvansız söyüşlər söymüşdür. Hazırda əməlindən səmimi peşmandır. Səvhini anlamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00-da Masallı RPŞ-də xidməti otağında olduğu zaman, otağına Şəxs daxil olub müvəqqəti duracağda olan avtomaşının buraxılmasını tələb edərək onu Masallı rayon Məhkəməsinə göndərilib nə əldə etdiklərini soruşmuşdur. Barəsində nə qərar qəbul edildiyini soruşan zaman, o, heç bir tədbir görülmədiyini nəlayiq ifadələrlə bildirib, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Həmin vaxt xidməti otağında Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Vüsal Nağıyev və YPX-nin inspektoru polis baş serjantı Vüsal Həsənov olmuşlar. Onlar Mirfəttahı nizam-intizama dəvət edən zaman o, uca səslə hay-küy salmağa başlamışdır. Xidməti otağa yaxınlaşan Masallı RPŞ-nin Məsul Növbətçisi polis kapitanı Vüqar Həsənov, CABnin rəisi polis kapitanı Nəsimi Cəfərov, TB-nin rəisi polis mayoru Zaur Talıbov və PPXBnün komandiri polis İsrail Mirzəyev Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini bir neçə dəqiqə davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Tofiq Abiyev tərəfindən 01 mart 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli 007606 nömrəli protokoldan görünür ki, Şəxs 01 mart 2023-cü il tarixdə saat 19:45-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, şahidlərin ifadəsi, inzibati xəta haqqında protokollar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması onun inzibati məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona cərimə cəzası təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-358/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-358/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver