Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-358/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X9 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, X1 iştirakı ilə, X3 DİN Baş Dövlət Yol Polisi idarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli EQ18490662 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 18490964, EQ 18490969, EQ 19490670, EQ l8490667 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18490672 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilməsi, həmin inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə hesablanmış 1800 manat məbləğində cərimənin və dəbbənin ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2023-cü il tarixdə EQ 18490662 nömrəli, xx.xx.2023-cü il tarixdə EQ 18490964, EQ 18490969, EQ 19490670, EQ 18490667, xx.xx.2023-cü il tarixdə EQ 18490672 inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) törətməyi qeyd edilmişdir. Həmin protokollar əsasında xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarlardan tərəfindən elektron qaydada şikayət verilməsinə baxmayaraq, həmin şikayətə hər hansı bir münasibət bildirilməmişdir. Həmin qərarları qanunsuz və əsassız hesab edir. Belə ki, həmin tarixlərdə ** PU *** nömrəli nəqliyyat vasitəsi onun tərəfindən deyil, etibarnamə əsasında qohumu X5 tərəfindən idarə edilmişdir. Bu fakt həmin inzibati xəta üzrə protokollara əlavə edilmiş şəkillərlə də öz təsdiqini tapmışdır. Ona görə də, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən şikayət üzrə işdə olan sənədlər aşağıda qeyd olunan qaydada tədqiq edilmişdir. Belə ki, iş materiallarında olan; 12 dekabr 2023-cü il tarixli EQ 18490664 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 16 oktyabr 2023-cü il tarixdə saat 00:04 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. 12 dekabr 2023-cü il tarixli EQ 18490669 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 16 oktyabr 2023-cü il tarixdə saat 05:19 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. 12 dekabr 2023-cü il tarixli EQ 18490670 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 16 oktyabr 2023-cü il tarixdə saat 05:23 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. 12 dekabr 2023-cü il tarixli EQ 18490667 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 16 oktyabr 2023-cü il tarixdə saat 05:59 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. 12 dekabr 2023-cü il tarixli EQ 18490662 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 14 oktyabr 2023-cü il tarixdə saat 09:43 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. 12 dekabr 2023-cü il tarixli EQ 18490672 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 10 noyabr 2023-cü il tarixdə saat 00:18 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ vardır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 DİN Baş Dövlət Yol Polisi idarəsinin inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayəti və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli EQ18490662 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 18490964, EQ 18490969, EQ 19490670, EQ 18490667 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18490672 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tenbeh vermə haqqında qərarlardan qanunla müəyyən olunmuş müddədə şikayət verməmiş, şikayət vermə müddətinin ötürülməsinin üzürlü səbəbləri barədə sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən və İXM-in 128-130-cu, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Baş Dövlət Yol Polisi idarəsinin İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli EQ18490662 nömrəli, xx.xx.2023cü il tarixli EQ 18490964, EQ 18490969, EQ 19490670, EQ 18490667 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18490672 nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tenbeh vermə haqqında elektron qərarların ləğv edilməsi, cərimənin və dəbbənin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə şikayəti və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-358/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-358/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver