Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-36/2024 01.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “HONDA CRV” minik markalı **-CH-*** dövət qeydiyyat nişanlı avtomobili ilə Masallı şəhərində hərəkətdə olarkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən avtomobili saxlanılmış, ondan əsassız olaraq sənədlərini tələb etmişlər. O, sənədlərini təqdim etmişdir. Sonradan ona əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr edərək, inzibati xəta törətdiyini bildirmişlər. O, YPX əməkdaşlarına heç bir xəta törətmədiyini, avtomobil yolu ilə irəliləyərək axradan ona işarə edərək onu saxladıqlarını bildimişılər. YPX əməkdaşları onu hədələyərək, polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə tutacaqlarını bildirmişlər. O, YPX əməkdaşlarından qaydanın pozulması barədə video görüntüləri tələb etmiş, ona video görüntülərə polis şöbəsində baxa biləcəyini bildirmişdilər. Polis şöbəsində olarkən video görüntüləri ona göstərilməmişdir. O, heç bir qayda pozuntusuna yol vermədiyinə baxmayaraq, barəsində əsasız olaraq qərar qəbul edilmişdir. Əgər onun qanunu pozması barədə hər hansı bir sübut varsa məhkəməyə təqdim edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs bildirdi ki, 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı əldə etdikdən sonra qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət etmişdir. Dəqiq bilmir ki, qayda pozuntusuna yol verib, yoxsa yox. Hadisə vaxtı polis əməkdaşları onu hədələməmişdir. Masallı Rayon Prokurorluğunun yanından bazar istiqamətində hərəkətdə olarkən bir az irəlidə geriyə dönərək əks istiqamətə hərəkət etmişdir. Sonda A.B.İbrahimli şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxs Masallı RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə izahatında göstərdi ki, 25 noyabr 2023-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “HONDA CRV” minik markalı **-CH-*** dövət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğundan ona saxlama işarəsi verilmiş, yaxınlaşaraq sürücü sonradan adını bildiyi X1 tələb etmiş, onun barəsində manevr etməq qaydasını pozduğuna görə inzibati xəta haqqında protokol tərtib edilmiş, Azər İbrahimlinin törətdiyi inzibati xətanın görüntüləri xidməti avtomaşında quraşdırılmış müşahidə kamerasına düşmüşdür. Azər İbrahimli həmin görüntüdə də qayda pozuntusuna yol verdiyini etiraf etmişdir. Sonda Nümayəndə qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 16:47 radələrində idarə etdiyi “HONDA CRV” minik markalı **-CH-*** dövət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş CD-yə keçirilmiş baxış zamanı “HONDA CRV” minik markalı **-CH-*** dövət qeydiyyat nişanlı avtomobilin sürücüsünə YPX əməkdaşı tərəfindən saxlama işarəsi verilməsi, YPX əməkdaşı tərəfindən sürücüyə verilən - “Söz verisən bir də dönməyəcəksən?”, sualına, sürücü - “Söz verirəm, baş üstə bir də dönməyəcəm.” cavabını verməsi müəyyən edildi. Şikayət vermiş şəxs izahatında da Masallı Rayon Prokurorluğunun yanından bazar istiqamətində hərəkətdə olarkən bir az irəlidə geriyə dönərək əks istiqamətə hərəkət etdiyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasın bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir, bu səbəbdən şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-36/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-36/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver